Qadin.NET / İnsanın böyüdüyünü hiss etdiyi anlar

İnsanın böyüdüyünü hiss etdiyi anlar

1. Təhsil həyatının bitib iş həyatının başladığı o an

Əmək haqqıdır, sığortadır deyərkən bir də baxarsan ki, illərdir öyrəşdiyin imtahanlar, yaz tətilləri və  s. çox uzaqlarda qalıb.

İnsanın böyüdüyünü hiss etdiyi anlar

2. " Atam və anam haqlı imiş " dediyin o an

Uşaqkən məni başa düşmürlər deyə şikayətləndiyiniz valideynlər  çox mövzuda haqlı imiş, bir də görərsən ki, sən də onların dediyinə gəlib çıxmısan. Onların bir vaxtlar sənə məsləhət gördüyünü edirsən. 

3. Ailəylə edilən alış-verişlərdə ağır olan torbaları daşımağa başladığınız an

Ərzaqla dolu olan torbaların sizə verildiyi günlər geridə qalmışdır, sözün əsl  mənasıyla ağır yükü çiyinlərinizdən hiss etməyə başladığınız andır, yəni həyat və onun yükü.

İnsanın böyüdüyünü hiss etdiyi anlar

4. Sevdiyiniz qrupların bir-bir musiqini buraxdığı an 

Bəzisi səyahətlərə çıxar, bəzisi qrupdan ayrılıb solo oxuyar. Onda başa düşərsən ki, onlar da normal insandır və zaman hər kəs üçün keçir. 

5. İbtidai məktəb yoldaşlarınızın bir-bir evləndiyini gördüyünüz o an 

Kimisi çoxdan uşaq-muşağa qarışmışdır. Yəqin birlikdə keçirdiyiniz əyləncəli günləri xatırlayırsız, deyirsiniz ki, nə vaxt keçdi bu zaman?

İnsanın böyüdüyünü hiss etdiyi anlar

6. Dondurmanın əslində bahalı olmadığını anladığın o an

Uşaqkən böyük sərvət dəyərində idi sanki. Hələ elə gəlirdi ki, 40 ildə bir yeyirsən. Amma ucuz imiş, təbii ki, bunu böyüyəndə başa düşmək xoş olmadı.

7. Köhnə fotoşəkillərə baxdığın an

Sanki fotoşəkildəki tipini illərdir qoruyurmuşsan kimi hiss edərsən, amma güzgüyə baxanda belə olmadığını anlayarsan. Bu da xoş deyil.

8. Uşaqların sizə bacı və qardaş əvəzinə xala və ya  əmi deyə səsləndiyi o an

"O qədər qocalmamışam " deyərsən içindən, amma zaman keçir. Zamanla o da olacaq, qorxma.

10 may 2014
GO BACK