Qadin.NET / Keçmişin dadı - Quş südü tortu (foto resept)

Keçmişin dadı - Quş südü tortu (foto resept)

"Quş südü" tortu Azərbaycanın Sovet İttifaqına daxil olduğu illərin ən sevimli tortlarındandır. Nazik xəmir üzərindəki, şokoladla örtülmüş zərif suflenin təkrarolunmaz dadını yəgin çoxunuz xatırlayırsınız. Kifayət qədər uzun hazırlanma prosesi olsa da, ev şəraitində hazırlamaq mümkündür. 

Tərkibi:

Xəmir üçün:

Un - 180 q

Şəkər tozu - 100 q

"Wellington" kərə yağı (yumşaq) - 200 q

Yumurta sarısı - 4 ədəd

Qabartma tozu - yarım paket

Vanel - 1 paket

Sufle üçün:

"Wellington" kərə yağı (yumşaq) - 120 q

Qatılaşdırılmış süd - 100 q

Vanel - yarım paket

Yumurta ağı - 4 ədəd

Aqar - 1 x/q (siləmə)

Şəkər tozu - 350 q

 Limon suyu - 1 desert qaşığı və ya və ya limon duzu - 1/4 çay qaşığı

Üzəri üçün:

Qara şokolad - 80 q

Kərə yağı - 40-60 q

Qeyd 1: Bu tort üçün kənarları açıla bilən bişirmə qabının olmağı mütləqdir.

Qeyd 2: Tort iki varinatda hazırlana bilər: iki qat xəmirlə iki qat sufle və ya bir qat xəmirlə bir qat sufle. Mən iki qatlı hazırladım.

Hazırlanması:

Əvvəlcə yağ və şəkər tozunu mikserdə yaxşıca çalırıq. 

Keçmişin dadı -  Quş südü tortu (foto resept)

Üzərinə yumurta sarılarını əlavə edib yenidən çalırıq. 

Keçmişin dadı -  Quş südü tortu (foto resept)

Kənarda başqa bir qaba unu, qabartma tozunu və vaneli qarışdıraraq ələyirik.

Ələnmiş unu əsas kütləyə əlavə edib mikserin asta rejimində qarışdırırıq.

Keçmişin dadı -  Quş südü tortu (foto resept)

Ələ yapışan xəmiri bişirmə kağızı sərilmiş və yağlanmış tavaya yaxırıq. 180 dərəcəli sobada uzəri qızılı rəng olana kimi bişiririk.

Keçmişin dadı -  Quş südü tortu (foto resept)
Keçmişin dadı -  Quş südü tortu (foto resept)

Keçirik sufle üçün kremin hazırlanmasına. Kərə yağını, qatılaşdırılmış südü və vaneli mikserlə çalırıq.

Təxminən bu vaxtlarda artıq bişib soyumuş bir kökəni kənarları çıxa bilən tavaya yerləşdirib üzərini isladırıq. Digərini isə kənarda isladırıq. İslatmaq üçün adi şirədən və süddən istifadə edə bilərsiniz.

Keçmişin dadı -  Quş südü tortu (foto resept)

Aqarı suda islanmağa qoyuruq.

Keçmişin dadı -  Quş südü tortu (foto resept)

Yumurta ağlarını mikserlə bərk köpük alınana qədər (beze kimi) çalırıq, çalmağa davam edərək üzərinə kremi az-az  və linon suyu ilə (və ya duzu) limonun sürtkəcin narın gözündən keçirilmiş qabığını əlavə edirik. (reseptdə qabıq yoxdur, öz əlavəmdir) 

Keçmişin dadı -  Quş südü tortu (foto resept)
Keçmişin dadı -  Quş südü tortu (foto resept)

Bu proseslə eyni anda paralel olaraq suda isladılmış aqara şəkər tozunu əlavə edərək ocaqda kappuçinoya bənzər köpük əmələ gələnə kimi qaynadaraq şirə bişiririk.

Keçmişin dadı -  Quş südü tortu (foto resept)

Mikserdəki çalmanı dayandırmadan qaynar şirəni nazik axınla yumurta ağı olan qaba əlavə edirik. (Bu sufleyə şirə qaynar əlavə edildiyi üçün yumurta ağı çiy qalmır.)

Qeyd 3: Mikserlə yumurtanın çalınma vaxtı ilə, aqarlı şirənin tam hazır olma vaxtı eyni olmalıdır. Yəni yumurta ağı bərkiyib əlavələrini edən kimi şirəni əlavə etməliyik.

Şirənin hamısını ələvə edib bitirən kimi, (vaxt itirmək olmaz, çünki süfle bərkiməyə başlayacaq!) suflenin yarısını öncədən hazırladığımız kökənin üzərinə əlavə edirik.
Keçmişin dadı -  Quş südü tortu (foto resept)

Əvvəlcədən kənarda islatdığımız ikinci kökəni də suflenin üzərinə yerləşdiririk.

Keçmişin dadı -  Quş südü tortu (foto resept)

Qalan sufleni də ikinci kökənin üzərinə boşaldıb hamarlayırıq. Soyuq yerdə ən azı 1-2 saatlıq gözlədirik.

Keçmişin dadı -  Quş südü tortu (foto resept)

Keçirik şokolad sousunun hazırlanmasına. Qırılmış şokoladı və kərə yağını su hamamına yerləşdirib (şokolad olan qabı, su olan başqa bir qaba yerləşdirib ocağa qoyuruq) əridirik. 

Keçmişin dadı -  Quş südü tortu (foto resept)
Keçmişin dadı -  Quş südü tortu (foto resept)

Tort olan qabın kənarlarını açıb rahatlıqla tortu çıxarıb servis edəcəyimiz qaba qoyuruq. Üzərinə şokolad sousunu töküb hamarlayırırq. Arzuya görə şokoladla tortun təkcə üzərini və ya ətraflarını da örtə bilərsiniz.

Keçmişin dadı -  Quş südü tortu (foto resept)
Keçmişin dadı -  Quş südü tortu (foto resept)

Keçirik tortun bəzənməsinə. Əslində bu tortun üzəri sadə şəkildə şokoladla örtülmüş olur. İstəsəniz şəkillərdə göstərilən qayda ilə və ya öz fantaziyanıza uyğun şəkildə bəzəyə bilərsiniz. Bəzək üçün ya əridilmiş ağ şokoladdan, ya da suflenin hazırlanmasında istifadə etiyimiz kremdən bir az ayıraraq ondan istifadə edirik. Perqament kağızını konus şəklində büküb, ucunu nazik kəsərək tortun üzərinə istədiyimiz naxışı vururuq.

Keçmişin dadı -  Quş südü tortu (foto resept)
Keçmişin dadı -  Quş südü tortu (foto resept)
Keçmişin dadı -  Quş südü tortu (foto resept)
Keçmişin dadı -  Quş südü tortu (foto resept)
Keçmişin dadı -  Quş südü tortu (foto resept)
Keçmişin dadı -  Quş südü tortu (foto resept)
Keçmişin dadı -  Quş südü tortu (foto resept)
Bu da başqa bir variantdır.
Şəkər xəmiri ilə də bəzəmək olar.
Çətin də olsa, cəldlik tələb olunduğu üçün tez başa gələcək - tənbəllik etməyin, özünüzü və yaxınlarınızı sevindirin girl_ten

10 mart 2014
GO BACK