Tərkibi:
12 ədəd peçenye
1 banka qatılaşdırılmış süd
Fındıq
Hazırlanması:
Peçenyeni blenderdən keçiririk.
Daha sonra fındığı blenderdən keçiririk.
Peçenye və fındığın üzərinə qatılaşdırılmış südü əlavə edib yaxşı qarışdırırıq.
Alınan qarışığı strec sellofanın üzərinə əlavə edirik.
Rulet şəkilində büküb 30 dəqiqə soyuducuda saxlayırıq.
Nuş olsun!