Qadin.NET / Yolunuz İstanbula düşərsə (1-ci hissə)

Yolunuz İstanbula düşərsə (1-ci hissə)

Yolunuz İstanbula düşərsə (1-ci hissə)

 Hörmətli istifadəçilər,yəqin ki,səyahət etməyi sevməyən insan az tapılar.Bəyənib seçdiyiniz ölkəyə və ya şəhərə getməzdən əvvəl hər kəsi əvvəlcə gedəcəyi yerin görməli,tarixi yerləri maraqlandırır.Bu baxımdan qərara aldım ki, İstanbulun məşhur tarixi yerləri haqqında sizlərə ətraflı məlumatlar verim.Qeyd edim ki,İstanbulda tarixi yerlər coxdur,mən sizləri onlardan ən çox ziyarət olunanları haqda məlumatlandıracam...

İndi isə getdik...

Topqapı sarayı Tarixi İstanbul yarımadasının ən uca nöqtəsində 5 km boyunca sularla əhatə olunan və 700.000 kvadratmetr əraziyə malik bir yığmadır.1453-cü ildə Fateh Sultan Məhəmməd İstanbulu fəth edərək taxtını bu şəhərə gətirib.Onun inşa etdirdiyi ilk saray şəhərin ortasında yerləşib.1470-ci illərdə inşa etdirdiyi ikinci saraya əvvəllər yeni saray, yaxın tarixlərdən etibarən isə Topqapı sarayı deyilir. Bura tarixdə məlum digər türk saraylarına bənzər klassik bir türk sarayıdır. Dəyişik funksiyaları olan, ağaclarla kölgələndirilən, bir-birini izləyən abidəyə çevrilmiş qapılarla ayrılan həyətlərdən ibarətdir. Saray qurulduğu dövrdən başlayaraq sultanların həyata keçirdiyi bir çox dəyişiklik və əlavələrə məruz qalmışdır.Sultanların 1853-cü il tarixli göstərişlə Dolmabaxça sarayına köçmələri nəticəsində rəsmən saraylıq statusu adı üzərindən götürülmüş və çox az zamanda dağılmışdır. Cümuriyyət dövründə 50 ildən artıq davam edən bərpa işləri nəticəsində Topqapı sarayı öncəki sadə gözəlliyi və ihtişamına qovuşmuşdur. Sarayda nümayiş etdirilən muzey əşyalarının bir çoxu dünyada bənzəri olmayan şah əsərlərdir. Sarayın funksiyaları tarixdəki digər saraylarla müqayisədə fərqlidir. Bura imperiyanın vahid rəhbəri sultanın rəsmi iqamətgahı olmaqla bərabər, rəsmi dövlət işlərinin mərkəzi, nazirlərin toplandığı, dövlət xəzinəsi, dəftərxanası və alış-verişlərin həyata keçirildiyi yer olmuşdur. İmperiyanın ən ali məktəbi, sultan və dövlətin universiteti sarayda yerləşirdi. Osmanlı türk imperiyasının qəlbi, beyni və hər mənada tək mərkəzi bura idi. İnşasından çox sonra da sultanların özəl hərəmxanaları bu sarayda yerləşmişidi. Osmanlı türk imperiyası türklərin tarixdə qurduğu 16 müstəqil dövlətdən ən uzun ömürlü və ən geniş torpaqlara sahib olanıdır.

Saray aşağıdakı hissələrdən ibarətdir:

Birinci həyət ---Buna Bab-ı Hümayun (Saltanat Kapısı) deyirlər.

 Yolunuz İstanbula düşərsə (1-ci hissə)

İkinci həyət --- Buna Bab-üs-selam deyirlər.

 Yolunuz İstanbula düşərsə (1-ci hissə)

İkinci avlu
 Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Adalet kulesi
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Ağalar cami
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Üçüncü avlu,Arz odası
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Bağdat köşkü
 Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Beşirağa cami
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Divan meydanı
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Enderun kütübhanesi
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Harem
Yolunuz İstanbula düşərsə (1-ci hissə)

Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Harem dairəsində hovuzlu bağça
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Divanu-Humayun
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Hünkar sofası
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Tavandakı motivlər
Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Saray mətbəxi
 Yolunuz İstanbula düşərsə (1-ci hissə)

Yolunuz İstanbula düşərsə (1-ci hissə)
Digər otaqlar
Yolunuz İstanbula düşərsə (1-ci hissə)

Yolunuz İstanbula düşərsə (1-ci hissə)

Yolunuz İstanbula düşərsə (1-ci hissə)

Yolunuz İstanbula düşərsə (1-ci hissə)

Əziz oxucular,bu Topqapı sarayından olan şəkillərin hələ bir qismidir,hamısını bir xəbərə sığdırmaq olmur.Çalışdım ki,ən çox baxılan hissələri çatdırım.Ümüd edirəm bu məlumatlar sizlərə bir gün lazım olacaq  smile

 

    

22 noyabr 2010
GO BACK