Qadin.NET / Sürpriz ürək tortu (foto resept)

Sürpriz ürək tortu (foto resept)

Tərkibi

1 biskvit üçün:

100 q şəkər tozu

100 q un

2 ədəd yumurta

1 çimdik vanil


Krem üçün:

Kərə yağı

Qatılaşdırlımış süd

Vanil


Hazırlanması:

Yumurtanın ağını sarısından ayırırıq. Ağını mikserlə çalırıq. Şəkər tozu və vanili asta-asta əlavə edirək çalmağa davam edirik.


Ağarandan sonra qaşıqla yumurtanın sarısını əlavə edib yenə çalırıq.
Daha sonra unu və vanili əlavə edib, taxta qaşıqla astaca qarışdırırıq.

200 dərəcəyə kimi qızdırılmış sobada 20-25 dəqiqə bişiririk.

4 belə biskvit hazırlayırıq.
Sürpriz ürək tortu (foto resept)
Daha sonra yağı, qatılaşdırılmış südü və vanili mikserlə krem halına gələnə kimi çalırıq.


2 biskviti kremin köməyi ilə birləşdirib yapışdırırıq.
Sürpriz ürək tortu (foto resept)


Diş çöpünün  hər başına bir ip bağlayıb, şəkildə gördüyünüz kimi birini mərkəzə batırırıq, o biri tərəfi ilə dairə çəkirik. Birinci 2 biskvitin üstündən dairə çəkilir və kəsilən üçkünc hissəni saxlayırıq.

 

Sürpriz ürək tortu (foto resept)

 

Sürpriz ürək tortu (foto resept)


Kəsilən içliyi atmırıq. Qırmızı qida boyası ilə rəngləyirik və çəngəl ilə əzib xırdalayırıq. Ehtiyatla içliyi kəsilən yerə tökub doldururuq və saxladığımız üçkünc hissəni qırmızı içliyin ortasına yerləşdiririk.

 

Sürpriz ürək tortu (foto resept)

 

Əvvəl kəsilmiş üçkünc ortalığı içliyin ustunə - ortaya qoyuruq. Yerdə qalan iki biskviti də tortun üstünə qoyub kremləyirik.

 

Sürpriz ürək tortu (foto resept)

 

Sürpriz ürək tortu (foto resept)

Sürpriz ürək tortu (foto resept)

 

Nuş olsun!

(tərcümə edilib)

14 fevral 2013
GO BACK