Qadin.NET / Mənim doğma şəhərim-Sumqayıt

Mənim doğma şəhərim-Sumqayıt

Sumqayıt-istirahət və turizm mərkəzi

 

Alimlərin tədqiqatlarına görə Sumqayıtın ərazisində eramızdan əvvəl VII əsrdə insanlar məskunlaşmışdır.Orta əsrlərdə isə burada böyük ticarət yolu uzanırdı.O dövrün səyyahları bizə Sumqayıt çayının hər iki tərəfində yerləşmiş iki karvan sarayının təsvirini vermişlər.

 Fontanlar 

 

Mənim doğma şəhərim-Sumqayıt 

 

Mənim doğma şəhərim-Sumqayıt 

 

Mənim doğma şəhərim-Sumqayıt

 

Mənim doğma şəhərim-Sumqayıt


Mənim doğma şəhərim-Sumqayıt
 
 

"Sumqayıt" sözünün yaranması barəsində 3 fərqli versiya mövcuddur.

 


“Sum qayıt” Əfsanəsi

 

Bu əfsanəyə görə, günlərin bir günü uzaq ellərdən gələn dəvə karvanı bu yerdən keçir.Onların su ehtiyatı qurtarır, susuzluğa davam gətirə bilməyən karvan sahibləri arasında bir-birini dərin məhəbbətlə sevən Sum və Ceyran adlı iki gənc də var idi. Bir tərəfdən susuzluq, bir tərəfdən isə qızmar günəş altında, qumlu səhrada yerimək, Ceyranı lap taqətdən salmışdır. Sevgilisinin susuzluğa dözə bilmədiyini görən Sum Ceyrana deyir:
- Sən burada məni gözlə, ya ölərəm, ya da sənə su taparam!
Sum karvandan aralanıb gedir. Lakin sevgilisinin fəlakətlə qarşılacağını hiss edən Ceyran onun ardınca qışqırır:
- Sum, qayıt! Sum, qayıt! Sum, qayıt!
 

 Abidələr 


Mənim doğma şəhərim-Sumqayıt


Mənim doğma şəhərim-Sumqayıt


Mənim doğma şəhərim-Sumqayıt


Mənim doğma şəhərim-Sumqayıt

Mənim doğma şəhərim-Sumqayıt

Mənim doğma şəhərim-Sumqayıt
   
Mənim doğma şəhərim-Sumqayıt

Mənim doğma şəhərim-Sumqayıt

Tayfa adı

 

 

 

Şəhərin adı qədim türk tayfası olan "suqa" və ya "sunqa"ların adından gəlmişdir. "-it" şəkilçisi isə qədim türk dillərində cəm şəkilçisi olub. "Sumqait" - "Sunqa-lar" , yəni "sunqaların yerləşdiyi ərazi" mənasını daşıyır.

 Novruz Bayramı


 

Mənim doğma şəhərim-Sumqayıt
 
Mənim doğma şəhərim-Sumqayıt

 

Yeni İL
 
Mənim doğma şəhərim-Sumqayıt
Mənim doğma şəhərim-Sumqayıt

Mənim doğma şəhərim-Sumqayıt
 

Sumqayıt çay

 

Şəhərin adının mənşəyi ilə bağlı başqa bir fikir, şəhərdən bir az şımalda axan Sumqayıt çayla əlaqədardır. Yarımsəhra şəraitində axan çayın mənsəbi yoxdur və çay guraqlıqda tamamilə quruyur. Çayın Xəzər dənizinə axmayıb geri qayıtdığına görə ona qədim türkdilli tayfalar "su qayıdan çay" demişlər. Çayın adı və sonradan salınmış şəhərin adı da, məhz bu ifadədən gəlir.

 

Sumqayıtın girişində 15 ədəd üst-üstə spiral şəklində qoyulmuş daş və onların üzərində göyərçin qanadları olan abidə şəhərin simvoludur.15 ədəd daş şəhərin tikintisində bütün 15 sovet respublikasının iştirakının, spiral şəkilli olması onun sonsuz şəhər olmasının, göyərçin isə sülhün rəmzi olmaqla yanaşı qanadları o vaxt mövcud olan Sumqayıt stansiyası və dəniz istiqamətindədir. Sonradan abidə alüminiumdan yenidən ucaldılarkən 15 daş prinsipinə əməl olunmamışdır. Abidənin Memarı Süleyman Həbib oğlu Hacıyevdir. 

 

1935-ci ilin iyul ayında SSRİ Ağır Sənaye Xalq Komissarlığının Kollegiya iclasında belə qərara gəlirlər ki, Azərbaycanın yeni şəhəri və onun sənaye obyektləri Bakının şimalı 30-35 kilometr məsafədə yerləşən dəmiryol stansiyası yaxınlığında tikilsin.

 

Tezliklə indiki Sumqayıt şəhərinin yerində Xəzərin qumlu sahillərində inşaatçıların ilk dəstələri göründü.Onlar sənaye müəssisələrinin tikintisinə başladılar.

 

İndi Sumqayıtın qədim tarixi olmasa da,onun qəsəbələrinin ərazisində turistlərin diqqətini cəlb edə biləcək bir neçə tarixi abiədələr var.-Corat qəsəbəsində 2 hamam (XVI-XVII əsrlər), məscid (XVII əsr).H.Z.Tağıyev qəsəbəsində Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi su-nasos qurğuları yerləşən bina (1916-cı il).

 

Turistlərin marağına səbəb ola biləcək mədəniyyət obyektləri də mövcuddur.Sumqayıtın tarixi muzeyinin fondunda bir çox maraqlı eksponatlar saxlanılır.Şəhərin rəsm qalereyasında istedadlı rəssamların rəsmləri və heykəltəraşlıq nümunələri nümayiş olunur.

 

Heydər Əliyev adına park,Lüdviqşafen parkı,Nəsimi adına mədəniyyət və istirahət parkı isə şəhər əhalisinin kütləvi istirahət etdiyi mərkəzlərə aiddir.

Dəniz sahilinin çimərlik kimi ən yararlı istifadə ərazisi H.Z.Tağıyev qəsəbəsi,Corat qəsəbəsindən Novxanı qəsəbəsinə qədər olan ərazidir.

Şəhərdə bir neçə turist xidməti obyektləri fəaliyyət göstərir.Dəniz kənarında “Dalğa” mehmanxanası yerləşir.

Xəzər dənizi sahili boyu yay istirahətinin təşkil olunması üçün nəzərdə tutlan “Tural”, “Neptun”, “Diana”, “Flaqman”, “Günəbaxan” istirahət zonaları fəaliyyət göstərir.

Meydanlar 


Mənim doğma şəhərim-Sumqayıt

 

Mənim doğma şəhərim-Sumqayıt
 
 
Mənim doğma şəhərim-Sumqayıt
 
Şəhərin girişi

Mənim doğma şəhərim-Sumqayıt

Mənim doğma şəhərim-Sumqayıt

Hər zaman gözümüz üstə yeriniz var!

8 oktyabr 2010
GO BACK