Qadin.NET / Nizami Gəncəvinin dostluq və düşmənçilik haqqında hikmətli sözləri

Nizami Gəncəvinin dostluq və düşmənçilik haqqında hikmətli sözləri

 

Dostluq və düşmənçilik haqqında

Nizami Gəncəvinin dostluq və düşmənçilik haqqında hikmətli sözləri

Uluların yolunun gərək qulu olasan,

Ülviyyətə yüksəlib, sən də ulu olasan,

Elə sadiq dost ara, səni darda qoymasın,

Çəkib tordan çıxarsın, səni torda qoymasın. (S)

 

Filləri qovmuşdu çeşmədən dovşan,

Kiçik görünməsin gözünə düşman. (X)

 

Yaxşı ad qazanmış gözəl dost ara,

Ondan yetişərsən ağ günə, vara.

 

Xoş ətirli bir dost yaxşıdır, inan,

Hərzə-hərzə durub danışanlardan.

 

Bir dostun da olsa eyibli əgər,

Yüzünün adına ləkə yetirər.

Ehtiyatsız bir quş düşərsə tora,

Başqa yüz quşu da sürüklər ora. (Y)

 

Sadiq dostun sağaldar şəfasıyla yaranı,

Dönük dostun sızladar cəfasıyla yaranı. (S)

 

Hamının öz sirdaşı, yarı vardır cahanda,

Əsl yar havadardır, silaskardır cahanda. (S)

 

İkibaşlı dostluğu dostluq sanma heç zaman,

Qərəzli dost-düşməndir, arxalanma heç zaman. (S)

 

Həyat nəyə gərəkdir, bir həmdəmin olmasa?

İnsan çətin yaşayar dosta əmin olmasa.

Varlığına əminsən sən ki hələ həyatda,

Çalış, könül sirdaşı gətir ələ həyatda. (S)

 

Saxta dostun dünyanın alçağıdır, dost deyil,

Ürəyinə yatmayan bir yağıdır, dost deyil. (S)

 

Yalqızlıq çox çətindir, bur dərdi sezməlisən,

Tənhalığın əlindən axır ki, bezməlisən. (S)

 

Hər qapıya can atıb səba kimi cumma sən,

Alçaqlardan sədaqət, dostluq vəfa umma sən. (S)

 

Heç bir işdə olma yarsız, yoldaşsız. (X)

 

Dünyada çox iş var yoldaşdan aşar,

Yaman gündə çatır dada yoldaşlar. (X)

 

Qost qəlbi torpaqdır, ona əl vursan,

Əlin pak olacaq o zaman inan. (X)

 

Heç kimsəylə yola getmirsə bir kəs,

Ona bel bağlayıb bir iş görülməz. (X)

 

Kiçik sanma onu kim düşmənindir,

Nərdi xam adamdan udmaq çətindir. (X)

 

Içki məclisində dostun min olar,

Birini tap, olsun səninlə qəmxar. (X)

 

Bağlama qapını dostun üzünə. (X)

 

Ağıllılar bilir, tək yesə hər kəs,

Təklikdə də ölər, dost-aşna görməz.

Çay suyu olsa da sən içmə yalqız,

Dəniztək olarsan acı, qılıqsız. (X)

 

Istəyirsən evin salamat qala,

Evə yad adamı buraxma əsla. (X)

 

Heç oturub durma pis dostla, çəkin,

Şəninə əskiklik gətirər sənin. (X)

 

O qəmlər ki, tutar könüldə qərar,

Dərd bilən dostlara söyləmək olar. (X)

 

Dostların üzünə məclisi parlat,

Göz və könül gülsün, şən olsun həyat. (X)

 

Paxıllıq eyləsə dostuna hər kəs,

Onun yoldaşlığı dostluğa dəyməz. (X)

 

Dosta yaxşı deyil dost olsa nədnam. (X)

 

Dəvə uzaq düşsə ayrılsa qatar,

Bir siçan da olar ona cilovdar. (X)

 

Bazarın rəvacdır yaxşı işlərə,

Kasadlıqda qoyma dostunu belə. (X)

 

Öküz cüt olmasa kotanda əkər,

Tək öküzlə, söylə, yeri kim sürər? (X)

 

Düşmənindən qurtar tədbir tökərək. (X)

 

Pisə yoldaş olma gər pis deyilsən. (X)

 

Qohumdan mehriban yadlar az deyil,

Həm vəfalı, sadiq, həm də şirindil. (X)

 

Hamının yoldaşı, girzli yarı var,

Dostu var, bir yaxın havadarı var. (Y)

 

Bir dost ki, dost ilə hey nifaq eylər,

O, demək, düşmənlə ittifaq eylər. (Y)

 

Nə qır yaxşı dürrü, nə boş yerə saç,

Birdgövhər olanla yaxınlaşma, qaç.

Sanma bidgövhərin vardır vəfası,

Xəta işləməkdə olmaz xətası. (X)

 

Özünü dost tutan lağlağılar var,

Onlar kənizlərdə qürur doğurar.

O dost ki, hər işi yalnız tuzaqdır,

Bəzəkli-büzəkli bir mancanaqdır. (Y)

 

Yaxşılar cilovu verməzlər pisə, 

Satmazlar dostları yada, nakəsə. (Y)

 

Yarı əhl olanın işi səhl olar. (Y)

 

Qarışqa birlikdə göstərib hünər,

Özündən çox böyük şeylər sürüyər.

Dostluqda hər kəslə səsləşə bilsən,

Onun pərdəsində nəğməni çal sən. (L)

 

Çox gözəl olsa da eybi gizləmək,

Dost dostun eybini örtməsin gərək. (L)

 

Dərinlik, sonsuzluq varsa dəryada,

Arxların suyundan yaranmış o da. (L)

 

Düşməni qanına qərq etmək olar, 

Dostla vuruşmağın mənasımı var. (L)

 

Bir olsa yoldaşın, dostun əməli,

Daşdan su çıxardar onların əli.

Nifaq olan yerdə fəlakət də var,

Səadət günəşi birlikdən doğar. (L)

 

Barmağın birini çalarsa ilan,

Barmaq kəsilməsə zəhərlənər can. (L)

 

Vəhşiyə dost olsa insan dünyada,

Vəhşi adətincə ömr edər o da. (L)

 

Vəhşiylə dost olan, vəhşi də olar. (L)

 

İt sənə dost olar, bir sümük atsan,

Namərd qədir bilməz, olsan da qurban. (L)

 

Tək uçan kəkliyi qızılquş yeyər. (L)

 

Dostluq, mehribanlıq göstərsən ey yar,

Gəlib qulun olar azad adamlar. (L)

 

Var gücünlə qolunu burmalısan düşmənin,

Kürəyini tez yerə vurmalısan düşmənin. (S)

 

Hər kəsi sınaqdan keçirib düz bax,

Sınaqsız olmasın o sənə küstax.

Heç kəsin əhdinə bel bağlama gəl,

Onun iç üzünə atmayınca əl. (L)

 

Dostluq iddiası edən bir ürək

Sözdən başqa çox şey bildirə gərək. (İ)

 

Bədgövhər adamla aranə qatma,

Sən öz kimyanı güllərə atma. (İ)

 

Əqilli adamla dostluq bağlasan,

Bilik və mərifət alarsan ondan. (İ)

 

Ciddiyyət gözləmək yüngül adamdan,

Gövhər istəməkdir arpa satandan. (İ)

 

Cüyür, öküz, pələng-bütün heyvanlar,

Öz həmcinsi ilə gəzər, dolanar. (İ)

 

İnsan, dostu nacins olarsa əgər,

Ondan yalnız hədsiz pisliklər görər. (İ)

 

Iki saf güzgünü üz-üzə qoysan,

Onlada bir ləkə olmaz heç zamanş (İ)

 

Ən yaxın dostuna sirrini inan,

Zir-zibil çıxarmı heç təmiz sudan?

Günəş hər şeydən pak-saf olduğuna,

Dağ-dəniz sirrini qızmışdır ona.

 

Xoş olmaq istəsən, xoş dostlar tanı,

Xoşbəxt xoşbəxt edər çünki insanı. (İ)

 

Dünyada xoşbəxtdir yalnız o kəslər

Ki, öz çörəyini dostlarla yeyər. (İ)

 

Döyüşdə, şənlikdə, harada olsan,

Heç zaman ayrılma yaxşı dostlardan.

Şadlıq və əyləncə bəzminə düşsən,

Nəşəli yoldaşlar tap özünə sən. (İ)

 

Hərzə yoldaşlara salma heç nəzər. (İ)

 

Şirin danışan bir dosta rast gəlsən,

Ondan başqa bir şey tələb etmə sən. (İ)

 

Ey dostum umuram öz hikmətimlə

Nurlu yol açasan məsləhətinlə.(Ş)

 

Birlikdən yaranıb zəfər döyüşdə,

Dostların birliyi gərək hər işdə.(Ş)

 

Dost olan dostundan geridə qalmaz!(Ş)

 

Könül vermə könül aldadanlara.(Ş)

 

Mərhəmət umulmaz düşməndən bir an. (Ş)

 

 

“Sirlər xəzinəsi”-S

“Xosrov və Şirin”-X

“Leyli və Məcnun”-L

“Yeddi gözəl”-Y

“Şərəfnamə”-Ş

“İqbalnamə”-İ

4 aprel 2020
GO BACK