Qadin.NET / "Çöllərəmi tapşırdın məni..." Nəriman Həsənzadə

"Çöllərəmi tapşırdın məni..." Nəriman Həsənzadə

 

Çöllərəmi tapşırdın məni

"Çöllərəmi tapşırdın məni..." Nəriman Həsənzadə

Gözlədə-gözlədə qocaltdın məni,

 

Mən ki, yuxudaydım, ayıltdın məni.

 

Nə tutdun əlində, nə atdın məni,

 

Özgə əllərəmi tapşırdın məni?

 

 

Ətrimi gül aldı, çiçək apardı,

 

Üzümün rəngini bir rəng apardı.

 

Çağırdım, səsimi külək apardı,

 

Əsən yellərəmi tapşırdın məni?

 

 

Bu günü gözlədim, sabaha qaldı,

 

Sevincin axırı bir aha qaldı.

 

Yeganə ümidim Allaha qaldı,

 

Gələn illərəmi tapşırdın məni?

 

 

Dağlara çən düşdü, xəbər tutmadın,

 

Saçıma dən düşdü, xəbər tutmadın.

 

Ayrıldıq, gen düşdük, xəbər tutmadın,

 

Yaman dillərəmi tapşırdın məni?


 

Könlümü alanda, könlüm deyərdin,

 

Məni iyləyərdin, gülüm deyərdin,

 

Adımı deməzdin, Leylim deyərdin,

 

Məcnun, çöllərəmi tapşırdın məni?

 

Nəriman Həsənzadə

25 mart 2020
GO BACK