Qadin.NET / Ajda və Hülya dostluğu TƏƏCCÜBLƏNDİRDİ -FOTO

Ajda və Hülya dostluğu TƏƏCCÜBLƏNDİRDİ -FOTO

Ajda və Hülya dostluğu TƏƏCCÜBLƏNDİRDİ -FOTO


Türkiyəli sənətçi Ajda Pekkan "TRT 2"də yayımlanan Hülya Koçyiğitin “Film Gibi Hayatlar” layihəsinin qonağı olub.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, 73 yaşlı müğənni ilə 72 yaşlı aktrisa verilişdə 56 il əvvəl baş verən tanışlıq hekayəsini danışıb.

“1963-cü ildə jurnalın yarışmasına qatılmışdıq. Bu yarışmada Ajdanın gözəl ürəyini tanıdım. Bizi sınaq çəkilişləri üçün çimərliyə dəvət etmişdilər. Düşündük ki, qabiliyyət imtahanı olacaq, amma “Qızlar xahiş edirəm çimərlik paltarını geyinin, biz də şəkillərinizi çəkəcəyik” dedilər. Soyunma otağına getdik, amma çimərlik geyimim yox idi! Sonra yumşaq səsli bir qız “Bikini geyəcəm, kupalnikimi sən geyinə bilərsən” dedi. O gündən başlayan dostluq hələ də davam edir”,- Hülya Koçiğit qeyd edib.

Ajda Pekkan isə verilişdə bunları deyib: “Atam məndən niyə bikini geyindiyimi soruşmuşdu. Mən də dedim ki, rəfiqəm Hülyaya vermişdim”.

Xatırladaq ki, sözügedən müsabiqədə Ajda birinci, Hülya Koçyiğit isə ikinci olub

Ajda və Hülya dostluğu TƏƏCCÜBLƏNDİRDİ -FOTO

Ajda və Hülya dostluğu TƏƏCCÜBLƏNDİRDİ -FOTO

Ajda və Hülya dostluğu TƏƏCCÜBLƏNDİRDİ -FOTO

Ajda və Hülya dostluğu TƏƏCCÜBLƏNDİRDİ -FOTO


30 dekabr 2019
GO BACK