Qadin.NET / Bu ölkədə nəhəng siçan heykəli ucaldıldı - FOTO

Bu ölkədə nəhəng siçan heykəli ucaldıldı - FOTO

Bu ölkədə nəhəng siçan heykəli ucaldıldı - FOTO


Yaponiyanın qərbində yerləşən Mie prefekturasındakı Tatsumizu şintoist məbədinin qarşısında nəhəng siçan heykəli ucaldılıb.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, heykəl Şərq təqviminə əsasən 2020-ci ilin rəmzini özündə əks etdirir.

Misato şəhərində qoyulan üç metr hündürlüyündə nəhəng heykəl könüllülər və uşaqlar tərəfindən bir neçə ay ərzində penoplastdan hazırlanıb.

Həmin qrupun üzvləri hər il Şərq təqvimi ilə növbəti ilin rəmzini düzəltməklə Yeni ildə xoşbəxtlik və bol məhsul üçün dualar edirlər.

Heykəlin əlində tutduğu qızıl məşəl isə 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı yapon idmançıların daha çox qızıl medal qazanmaq arzusunu əks etdirir

30 dekabr 2019
GO BACK