Qadin.NET / Soyunub-geyinmə otağında ehtiyatlı olun - VİDEO

Soyunub-geyinmə otağında ehtiyatlı olun - VİDEO



Mağazanın geyinmə kabinəsində qızların gizlin çəkilməsi barədə görüntülər sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub. Soyunan qızların gizlin çəkiliş üsulu barədə videonu “Issyr” adlı istifadəçi özünün “Twitter” səhifəsində paylaşıb.

İstifadəçinin sözlərinə görə, hadisə ABŞ-ın Texas ştatındakı “Forever-21” mağazasında baş verib. Kişi kabinetin qapısının yanında guya ayaqqabılarının bağını bağlayır. Bu zaman cihazın kamerası qıza istiqamətləndirilib.

“Issyr” baş verənləri videoya çəkərək, mağaza işçilərinə şikayət edib.

“Twitter”dən sonra bir çox istifadəçilər eyni halın onların da başlarına gəldiyini söyləyiblər.

29 dekabr 2019
GO BACK