Uzun intizardan sonra Azərbaycan bayrağı zirvədəki yerini tutdu. Hər bir Azərbaycan vətəndaşının fəxr etdiyi bir məqam: Londonda keçirilən Olimpiadadan bir gündə iki qızıl medalı qazandıq. Bu sevinci, bu xoşbəxtliyi və fəxr hissini bizlərə yaşadan Toğrul Əsgərov və Şərif Şərifov oldu.
Sevindiricidir ki, bu günə kimi aktivində qızıl medalı olmayan Azərbaycan üçün 2 çempionluq birdən yaşanıb. Toğrul Əsgərov və Şərif Şərifov fəxri kürsünün ən yüksək pilləsinə qalxmaqla Londonda himnimizi səsləndirib, üçrəngli bayrağımızı göylərə qaldırıblar. Bununla da ölkəmizin Olimpiadada qazandığı medalların sayı 9-a çatıb. Onlardan 2-si qızıl, 2-si gümüş və 5-i bürüncdür.
60 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi, 19 yaşlı Toğrul Əsgərov finalda Rusiya təmsilçisi, 4-qat dünya çemponu Besik Kuduxovu məğlub edərək Olimpiadanın qızıl medalını qazanır!. İdman Akademiyasının 4-cü kurs tələbəsi bununla da London Olimpiadasında ölkəmizə ilk qızıl medalı qazandıraraq tarix yazıb.
Sərbəst güləş üzrə yarışda 84 kq çəki dərəcəsində mübarizəyə qoşulan Azərbaycan güləşçisi Şərif Şərifov finalda Puert-Riko təmsilçisi Hayme Espinalı məğlub edərək Olimpiadanın çempionu oldu. Qazanılmış medalların sayına görə ölkələr arasında 30 -cü yerdəyik.
Azərbaycan bayrağı belə kişilik simvolu olan güləş yarışında göyə qalxanda insan ikiqat sevinir...
Vətən sizinlə fəxr edir. Sizi, bizi, bütün Azərbaycanımızı təbrik edirik. Azərbaycan daima var olsun. Yalnızca irəli və yenə də irəli addımlasın!
XƏBƏR LENTİ
Kim tapar?
Qidanı dərmana görə seçin!
Ərdoğan: "Əgər mən Türkiyə prezidenti olsam..."
Bu gün Mehriban Əliyevanın Ad Günüdür!
Dünyanın ən balacaboy aktyoru dünyasını dəyişdi
Nüsrət bu dəfə işçisinə verdiyi maaşla gündəm oldu
Serenay “Yasak elma”da rol alacaq?
Qabyuyana qoymamalı olduğunuz qablar
Bu insanlar Koronavirusa daha az yoluxur
Sürücülər üçün məsləhət: maşın silkələnir - problem nədədir?
"Naznaz" peraşkisi (foto resept)
Valideyn olmaq asan deyil
Arıqlamaq üçün saqqız çeynəyin
Toxumaq dərsləri -3
"Sefirin kızı"ndan yeni qərar
Bu şəxslərə çiyələk yemək olmaz
Sərdar dünən boşandığı xanımını həkimə apardı
Hamiləlikdə qəbizlik
Azərbaycanlı heykəltəraş İstanbulda 36 büst qoyacaq
Kraliçanın əri görünüşü ilə hər kəsi qorxudur-FOTO
Meyvəli kokteyl (foto resept)
Son günlər intensiv zəlzələlərin baş verməsi ilə bağlı açıqlama
Meyvəli tuile
Kolleclərə qəbul olmaq istəyənlərin nəzərinə
Günün qoroskopu - 04.11.2013
"Qalatasaray" darmadağın oldu, "Real" 1/8 finalda
Vanna otağını böyük göstərməyin 8 yolu!
Həkimlər xəbərdarlıq edir
Azərbaycanda COVID-a yoluxub ölənlərin faiz nisbəti bilindi - RƏSMİ
İdmandan əvvəl içilən qəhvə
Tarixi şəxsiyyətlər haqqında kitab hazırlanır
Dəbdə sarının gözəlliyi
Körpələrdə sarılığın olması və müalicəsi
Smartfon kosmosa göndəriləcək
Bakı məktəblərində işləmək istəyənlər üçün imtahan vaxtları açıqlandı
“WhatsApp”dan iki maraqlı yenilik
Azərbaycanda yeni zavod tikiləcək
Dərmanlara görə 50 minlik cərimə
Zövqə uyğun ayaqqabılar
Cəhənnəm adası: bura lənətlənmiş insanların məkanı idi
Avropa benzinə əlvida deyir
Günün ulduz falı
İlham Əliyevlə Sarkisyan dekabrın 1-də görüşəcək
Kıraç azərbaycanlı müğənnini məhkəməyə verdi
Həkimlərə qadağa!
Prezident xanımı və qızları ilə sərgidə - FOTO
Yağlı boya tabloları
Sumqayıtda qəribə yenilik
Meqan Markl ABŞ prezidenti olmağa hazırlaşır
Bakıda dünyanın ən iri miqyaslı festivalı təşkil olunacaq
- ŞƏRHLƏR