Sən bizim ellərin ruhuna bir bax
Ağstafa-Qazax mədəniyyətimizin beşiyidir.
Sığındım istəklli bir bala kimi,
Isti qucağına Ağstafanın.
Dolandım səhərdən axşam kimi,
Soluna, sağına Ağstafanın.
Azərbaycanın qərb qapısı adlandırılan Qazax-Ağstafa alınmaz qala, basılmaz eldir. Bu bölgənin ərazisi bəşər sivilizasiyasının ilk beşiklərindəndir. Iki milyonluq yaşı olan ibtidai insanlar burada məskunlaşmış, yaşamış, yaratmışlar. Ilk odun alınması, ocağın çatılmasında da Qazax və o zamanlar onun tərkibində olan Ağstafanın öz yeri, öz payı var.
Vətən uğrunda, qeyrət yolunda ərəblərə, farslara, ermənilərə, gürcülərə, ruslara qarşı sinə gərən oğulların vətənidir bu vətən. Koroğlunun, Qaçaq Kərəmin, İsrafil ağanın oylaqları, yaylaqlarıdır. İlk Azərbaycan şahini Fərrux Qayıbov, rus artilleriyasının atamanı Əliağa Şıxlinski, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev kimi qəhərmanlarımızın, unudulmaz şəhidlərimizin vətənidir bu yerlər. M.Carçıyev, F.Abbasov kimi əmək qəhrəmanlarının fəxr istinadgahıdır. Qəhrəmanları şair təbiətli, şairləri qəhrəman hünərlidir elimin. Hamısı zəfərli, hünərli, mübariz, həyata bariz nümunələrdir.
Altı min illik tarixi olan Kür-Araz mədəniyyətinin ilk ocaqlarından biri bu ərazidir. Azərbaycanda kurort-turizm təsərrüfatının inkişaf etdirilməsi üçün hər cür təbii, iqlim, landşaft şəraiti, iqtisadi imkanları və tarixi- arxeoloji abidələr kompleksi bu yerləri gözoxşayan, könülaçan edir, bəzəkli gəlinə bənzədir. Akademik Teymur Bünyadovun təbirincə desək, Dəli Kürüm qəlb oxşayan təranədir, şərqidir, duruşu Nigarın hörükləri, səsi Koroğluun nərəsidir.
Dilcan dərəsi min-min mənzərədir, dağdır, yaylaqdır, şır-şır bulaqdır, zümzümədir, ərənlərin sığınacağı, gözəllərin yığnağıdır.
Damcılı bulağı nakam sevgilərin pıçıltıları, göz yaşlarıdır.
Siyəzən dağı sirrdir-sehirdir, əfsanədir, nağıldır.
Bu torpağın təiətində bir ayrı şairanəlik, əsrarəngizlik, füsunkarlıq var. Burada min illiklərdən xəbər verən dünyanın lal sükutuna qərq olan məzarıstandakı hər daşın altında bir şair ruhu qərar tutur. Vidadi, Vaqif ilham pərisidir Əbdürrəhman ağa Dilbazın, Mustafa ağa Arifin, Fədainin, Kazım ağa Salinin, Yəhya Bəy Qazağinin, İbrahim əfəndi Nicatinin, Abdulla ağa Şıxlinskinin, Hüseyn əfəndi Qayıbovun, Abbas ağa Nazirin və başqalarının.
XIX əsrdə bu torpağın şeir-sənət səsi asimana ucaldı. Çünki yeni istiqamətli, yeni romantik ruhlu, xalq koloritli poeziyamızın möhtəşəm binasının özülünü qoyanlardan, al-əlvan çalarlı söz mülkünə öz töhvəsini verən Osman Sarıvəllisi, könüldən-könülə əsrlərlə silinməyən cığırlar, yollar salan Səməd Vurğunu, Azərbaycan yazıçılarının havadarı, mənəvi atası - Mehdi Hüseyni (Azərbaycan Yazıçılar İttifaqına uzun illər rəhbərlik etmişdir) vardı.
XX yüzilliyin ikinci yarısından məşhur yazarlarla yanaşı, nadir istedada malik olan yeni nəsl yetişdi. Böyük inamla və ilhamla qələmə sarıldı, sözünü dedi, əlçatmaz, ünyetməz oldu.
Xalq yazıçıları İ.Şıxlı, İ.Hüseynov, Y.Səmədoğlu, söz sərrafları Vidadi Babanlı, Sabir Azəri, Fərman Eyvazlı, Vaqif Nəsib və başqaları xalqımıza layiq əsərləri ilə təkcə Azərbaycanın hüdudlarında deyil, keçmiş Sovetlər ölkəsində qələbələr qazana-qazana eldən-elə, dildən-dilə gəzdilər. Əsərləri bir sıra dünya xalqlarının dilinə tərcümə olundu.
Xalq şairi M.Dilbazi, H.Arif, N.Həsənzadə, V.Səmədoğlu, görkəmli şairlərimiz A.Aslanov, N.Kəsəmənli, H.Abbas, A.Kəmərli, D. Nəsib, T,Saleh, E.Nəsibli və başqaları şeir-sənət aləmində sayıldı, seçildilər.
Sözlü,sazlı,min bir avazlı;
Bu mahalın sazlı-sözlü, mənəvi dünyasının bir şah budağı da sinədəftərlərdir, haqq aşıqları, el şairləridir. Boşuna Qazax aşıq məktəbi Göyçəgöl və Borçalı aşıq məktəblərinin ayrılmazlığının təsdiqi deyil ki!
Dərviş Mahmud, Çoban Əfqan, Miskin Həsən, Mirzə Səməd, Dərya Məhəmməd, Aşıq Avdı, Aşıq Ədalət ustad sənətkarlardır.
Sinələrində min dastan yuvalanan Aşıq Hüseyn Xalaoğlu, Aşıq Aslan Aslanov, Aşıq Solmaz Kosayeva, Aşıq Pakizə Musaköylü, Aşıq Rakif, Aşıq Camoy Qurbanov, Aşıq Yaqub Yaqubov, Aşıq Hacı Avdıyev, Aşıq Şəhadət Gülməmmədov, Aşıq Avdı Avdıyev sazı bağrına basanda mədəniyyətimizin soy kökü özünü göstərir.
Bir də ki ,vallah, bu torpağın qoxusu bir başqadır!
Qazax-Ağstafa bölgəsi o qədər də böyük deyil, lakin şairlər yurdu adını qazanmaq böyük şərəfdir. S.Vurğunun dili ilə desək, “şairlər vətəni bizim tərəflər”dəki bu şeir, sənət dühaları ilə təkcə Azərbaycan, Qafqaz deyil, bəşəriyyət fəxr edə bilər.
Sən bizim ellərin ruhuna bir bax!
Bizdən inciməmiş bir əziz qonaq.
Xeyli vaxtdır həsrətini çəkdiyim torpağıma, vətənimə, elimə yolandım. Ilkin olaraq yolum Ağstafa şəhər İcra Hakimiyyətinə düşdü. Elə bil utopik bir dünyaya yollanmışdım. Insanları mehriban, qayğıkeş, səmimi, düzlük tərəfdarı. Deyirlər vəzifə insanı dəyişir. Burada isə hər kəs insan kimi insandır. Vətənə olan fəxarət hissim bir daha coşdu, çağladı.
Oradan bir başa Ağstafa şəhər Mədəniyyət Evinə yollandım. Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimovun qonaqpərvərliyi, humanist təbiəti, eləcə də bu torpağın sənət inciləri haqqında və son zamanlar görülən yenidənqurma işləri barədə qürur hissi ilə danışması məni torpağım, elim, ağstafalılarım, qazaxlılarım haqqında yazmağa vadar etdi. Gülgün müəllim idman yarışlarında iştirak edən gənclərin qələbə çələnglərini, fırça dünyası olanların rəsm əsərlərini də göstərdi. H.Arif adına ədəbi-birliyin almanaxları ilə də məni tanış etdi və ürəkdolusu danışdı. Hələ qulaq müsafiri olduğum bir mədəniyyət nümunəsi də oldu.
Mədəniyyət Evində rəqs dərsi gedirdi. Müəllimin uşaqlara son dərəcə diqqətli və işinə məsuliyyəti hər kəsə göstəriləcək nümunə ola bilər deyə düşündüm.
Xaliq müəllim (rəqs müəllmi) xalq artisti Z.baratzadənin tələbəsi olmuş, Göygöl Dövlət Rəqs Ansamblının tərkibində dünyanın 28 xarici ölkəsində özünün dediyi kimi Azərbaycan bayrağının sədaları altında rəqs etmişdir. Hal-haızrda Gəncə, Tovuz və Ağstafa şəhər Mədəniyyət Evlərində rəqs dərsi deyir. Xaliq müəllimin rəqsi kimi siması da insanpərvərliyindən xəbər verirdi.
P.S. Kəhkəşandır bu elin hər daşı, hər torpağı, eləcə də insanı!
Rübabə Sahib (filoloq)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Möcüzə baş vermədi: əlvida, Türkiyə...
Azərbaycanda koronavirusa yoluxanların sayı 10 mini ötdü
Manikür 3-cü hissə
28 mindən çox abituriyent ixtisas seçib
Sançes: "Braziliya millisindən qorxuruq"
Müsəlmanlar ruslara niyə möhtac qaldılar?
Hava xəbərdarlığı - qar qayıdır
Türkan Şorayın azərbaycanlı oxşarı - FOTO
Ermənilərin daha bir yalanı ifşa olundu
Hollivur Ulduzu Qəzada öldü -FOTO
800 uşağın basdırıldığı yer aşkarlandı
Orucun uzunömürlülüyə ŞOK TƏSİRİ
Günün ulduz falı - 23.02.2014
"Leyli və Məcnun" operasını Üzeyir Hacıbəyov tək yazmayıb - Fakt+FOTO
Şabalıd zəhərlənməsi nədir?
Uşaq bağçalarına qəbul YENİ QAYDALARLA olacaq
Müəllimlərin DİQQƏTİNƏ - Sabahdan başlayır
Buzlar əridi, 76 il əvvəl qəzaya uğrayan təyyarə üzə çıxdı
Məşhur reperin həyatı təhlükədədir-SƏBƏB
Birlikdə öyrənək
Yapon alimlərindən bir ilk
Sifilis nədir?
Dəri ağardıcı maska
İngilis dili müəllimləri üçün layihə həyata keçiriləcək
2020 Yay Makiyaj Trendləri
Aqillərin inamına görə...(2)
“İlin ən yaxşı kişiləri” seçildi - FOTO
Devid Bekhem onları aldada bilmədi - FOTO
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Moskvadan Ankaranı məyus edən açıqlama
Bakının bu ərazisində qaz olmayacaq
Azərbaycanda daha 57 nəfər koronavirusa yoluxdu - RƏSMİ + VİDEO
Özcan Dənizin xanımı aylar sonra FOTO paylaşdı
İyunda qeyri-iş günlərinin sayı açıqlandı
Dünyanın ilk üzən adası hazırlanır
Yağlı dərilər üçün limon maskası
Nanə ilə gözəlləşin
AZAL Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq
Afinanın görməli yerləri
Qışda gözlər də üşüyür
"Ağıllı" xalça hazırlandı
Damar sağlamlığı haqqında bilməli olduqlarınız
Məhəmməd Əmin Rəsulzadənin ailə faciəsi
Hava haqqında
Neslihanın ayrılıq xəbəri yayıldı-FOTO
Bakı mağazalarında sellofan torbalar pulla satılacaq? - FOTO
Daha bir dərman preparatının satışına QADAДћA
Sınanmış arıqlama üsulları
Döşlərinizi Tibet üsulu ilə böyüdün!-3
Xoşbəxtlik
- ŞƏRHLƏR