Tarixdə çox döyüşlər, müharibələr olmuşdur.Bu müharibələrin törədilməsinin başlıca səbəbləri əsasən hər hansı bir dövlətin başqa bir dövlətə torpaq iddiası, var-dövlət hərisliyi, dünya ağalığı xülyası və s. olub.Bu müharibələrdən ən dəhşətlisi isə hər hansı bir millətin, xalqın kökünü kəsmək, Yer üzündən silmək məqsədini güdən müharibələrdir.Ən pisi də odur ki, soyqırımları törədənin özü ustalıqla maskalanır, öz əməlini, vəhşiliyini ört-basdır edir. Dünya ictimaiyyətini çaş-baş salır, əsrlərlə öz məkrli siyasətlərini yürüdür, nəsilləri bu ruhda tərbiyə edir. Məqam gələndə cildini dəyişə bilir, haqlını “günahkar” kimi qələmə verməyə çalışır, özünə tərəfdarlar tapır.”Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq xülyası ilə məkrli “qonşularımız” məhz belə qırğınlar, soyqırımlar törədənlərin önündə getmiş, bu gün də getməkdədir.
Xalqımız sovet hakimiyyəti illərində beynəlmiləlçilik ruhunda tərbiyə olunduğundan əbədi düşmənimiz olan ermənilərin törətdikləri dəhşətli faciələr unudulmuşdur.Hətta olanları yaddaşımızdan silmək üçün indiki Şəhidlər Xiyabanı olan böyük ərazidəki Çəmbərəkənd qəbiristanlığı köçürülmüş, yerində böyük bir park salınmışdı. Xalqımızın ən böyük düşməni olan daşnak Şaumyanın adını əbədiləşdirmək üçün heykəli ucaldılmış, adına parklar salınmış, onlarca kəndlər, qəsəbələr, küçələr, kitabxanalar bu cəlladın adını daşımışdır.1918-ci ilin mart hadisələrini əks etdirən bədii əsərlər, qəzetlər, xüsusilə də Cəfər Cabbarlının və Mirzə Bala Məmmədzadənin erməni fitnəkarlığını əks etdirən “Bakı müharibəsi”, “Bakı uğrunda müharibə” kimi faciə əsərləri yandırılmış, tamamilə məhv edilmişdir.Yaşlı nəslin qan yaddaşında isə bu qanlı faciələr yaşamış, ürəklərdə pas bağlamışdır...
1917-ci il oktyabr çevrilişi və hakimiyyətə kommunistlərin gəlməsi zamanı yaranmış vəziyyətdən istifadə edən erməni millətçiləri və onların cəmləşdiyi "Daşnaksütyun" partiyası Bakıda və digər yerlərdə azərbaycanlılara qarşı mitinqlər keçirməyə başladılar. 1918-ci il mart ayının 30-da erməni kilsəsi yanında toplaşan daşnak dəstəsi müsəlmanlara ilk atəş açdı. 31 mart səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan "Kərpicxana", "Məmmədli" və başqa məhəllələrə hücum etdilər. Həmin məhəllələri havadan təyyarələr, dənizdən isə hərbi gəmilər bombalamağa başladılar. Ermənilər rusları inandırmışdılar ki, guya İçəri şəhərdə azərbaycanlılar rusları qırıblar. Matroslar bunun yalan olduğunu biləndən sonra atəşi dayandırsalar da artıq gec idi, alova bürünmüş məhəllələrdə ölənlərin sayı-hesabı yox idi. Erməni millətçi faşistləri heç kimə rəhm etmirdilər, qarşılarına çıxan hər kəsi türk deyə dərhal qətlə yetirirdilər. Daşnaklar deyirdilər: "Biz heç bir bolşevik tanımırıq, təkcə müsəlman olmağın kifayətdir". Onlar evləri qarət edir, adamları yandırır, hamilə qadınları ağılasığmaz işgəncələrlə qətlə yetirirdilər. Ermənilər azərbaycanlılara məxsus məktəbləri, kitabxanaları, mədəniyyət ocaqlarının hamısını yandırırdılar. Hətta İçəri şəhərə hücum zamanı
A.Mikoyanın başçılığı ilə yaradılmış "İnqilabı müdafiə" adı ilə çıxış edən bu quldur dəstələri Bakının ən gözəl memarlıq abidələrindən olan "İsmailiyyəni" yandırmış, "Açıq söz", "Kaspi", "Baku", qəzetləri redaksiyalarını dağıtmış, "Təzə pir" məscidinin minarələrini isə top atəşi ilə dəlik-deşik etmişdilər.
Təpədən dırnağa qədər silahlanmış erməni əsgərləri müsəlmanların evlərinə basqınlar edərək onları vəhşicəsinə öldürür, körpələrə və qocalara aman vermirdilər. Qadınlar daha ağır şəkildə öldürülürdü. Arxiv materiallarına əsasən qulaqları, burunları kəsilən, orqanları parça-parça edilən 37 qadının meyiti tapılmışdı. N.Nərimanov erməni vəhşilərinin törətdikləri haqqında belə bəhs edir: "Bolşevik olan bir müsəlmana belə aman verilmədi. Müsəlmanlara hər cür cinayəti etdilər. Nəinki kişilər, hətta hamilə qadınlar da daşnaqlardan canlarını qurtara bilmədilər".
Qeyd etmək lazımdır ki, Bakıda qırğın törədilməsinə hələ 1918-ci ilin yanvarında cəhd edilmişdi. Müsəlman korpusunun komandiri general Talışinskinin həbsi şəhərin türk-müsəlman əhalisində ciddi qəzəb doğurmuşdu. Bundan istifadə edən ermənilər isə silahlı toqquşmaya cəhd göstərdilər. Lakin Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov və başqalarının səyi nəticəsində onların yanvar ayında qırğın törətmək planı baş tutmadı. Lakin onlar bu məkrli niyyətlərini mart ayında həyata keçirə bildilər. Stepan Şaumyan Bakı Sovetinin iclasında bildirmişdi ki, bu təşkilat Zaqafqaziyada vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir. Toqquşmanın başlanması üçün bəhanə isə Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədin cənazəsinin "Evelina" gəmisində Lənkərandan Bakıya gətirilməsini təşkil edən 48 hərbçinin gəlişi oldu. Ermənilər şaiyə yaydılar ki, bu zabitlər Muğandakı malakan kəndlərini dağıtmaq barədə göstəriş alıblar. Bunu bəhanə gətirən Şaumyan gəmidəki zabitlərin tərksilah olunması üçün göstəriş verdi. Buna etiraz edən yerli əhali isə küçələrə çıxıb zabitlərin tərksilah olunmasına etirazını bildirdi. Beləliklə, dinc əhaliyə qarşı soyqırım başladı. Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış istintaq komissiyasının hesabatında bu hadisələr zamanı ölənlərin sayının 20 mindən çox olduğu bildirilir.
Erməni quldurları Şamaxı qəzasında 58 kəndi, 7 minədək adamı( 1653 qadını, 965 uşağı, 618 kişini), Quba qəzasında 122 kəndi yandırmış, on minə yaxın dinc əhalini vəhşicəsinə qətlə yetirmişlər.
Bir neçə il əvvəl Quba yaxınlığnda tapılmış və alimlərimiz tərəfindən araşdırılımış insan sümükləri, kəllələri bunu bir daha sübut edir.Qatı daşnak Andronikin rəhbərliyi altında erməni dəstələri Naxçıvanda 11, Ordubadda 9, Culfada 3 kəndi viran qoymuş, 20 minə yaxın dinc əhali qətlə yetirilmişdir.Cəbrayılda, Qarabağda, Zəngəzurda və başqa ərazilərdə də oxşar vəhşiliklər törətmişlər.
Görünməmiş vəhşilikləri ilə özlərindən sonra müsəlman və türk qanına susayan digər qatillər üçün “vəhşilik nümunəsi” oldular.Hamilə qadının qarnını yarıb uşağı çıxarmaq və onları tikə-tikə doğramaq, “Quran” kitablarını yığaraq tonqal qalayıb atəşində mollaları yandırmaq, divara mıxlamaq, uşaqlara belə acımadan dərisini soymaq, tikə-tikə doğradıqdan sonra ətini itə atmaq və s.-bütün bu vəhşiliklərə ilk dəfə (bəlkə də yeganə) imza atanlar məhz bu qansız düşmənimiz ermənilər idi.
Ermənilər bütün Azərbaycanı işğal etməyə cəhd göstərirdilər. Onlar bu dəfə Qarabağda yaşayan ermənilərlə birləşib Gəncəyə hücuma hazırlaşırdılar. Lakin 1918-ci ilin mayında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması, Azərbaycanın ərazi bütövlüyü uğrunda ölüm-dirim mübarizəsinin başlanması işğalçıların bütün planlarını pozdu.
Mart hadisələri əslində bolşeviklərin daşnaqlarla birlikdə həyata keçirdikləri milli qırğın idi. Bu qırğının əsas təşkilatçısı olan S.Şaumyan özü də 1918-ci il aprelin 13-də RSFSR XKS-ə yazdığı məktubunda etiraf etmişdi: "Biz süvari dəstəmizə birinci silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik... Bizim altı min nəfərə yaxın silahlı qüvvələrimiz var idi... "Daşnaksütunun" da üç-dörd min nəfərlik milli hissələri var idi ki, bunlar da bizim ixtiyarımızda idi. Milli hissələrin inkişafı vətəndaş müharibəsinə qismən milli qırğın xarakteri vermişdi, lakin buna yol verməmək mümkün deyildir. Biz bilərəkdən buna yol verdik".
1918-ci ilin mart-aprel aylarında Bakı Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə xalqımızın tarixinə qara hərflərlə yazılmışdır.Prezident H.Əliyevin 26 mart 1998-ci il tarixli fərmanından sonra hər il mart ayının 31-i Mart soyqırımının anım günü qeyd olunur.
XƏBƏR LENTİ
Arnold Şvartsneqqer son görünüşü ilə təəccübləndirdi-FOTO
Bakıya gətirilən 29 azərbaycanlıda koronavirus aşkarlandı - RƏSMİ
Azərbaycan ordusunun generalı və polkovniki şəhid oldu
Göz rəngini 20 saniyədə dəyişən ÜSUL - Linzalardan daha rahat
İcazə alan bəzi şəxslər cərimələnə bilər - RƏSMİ
Sankt-Peterburqdan Bakıya uçuşlar dayandırıldı
Netanyahu Fransanın baş nazirinin qəlbini qırdı
Ağcaqanadlar məhz BU İNSANLARI SANCIR
“Eurovision-2015” bu şəhərdə olacaq
Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul qaydaları nə zaman açıqlanacaq?
HAVA necə olacaq?
Avropa Liqasında I təsnifat mərhələsinin oyunları
Şeyma Subaşı yeni döyməsi ilə gündəm oldu - FOTO
Döş böyütmə əməliyyatı haqda ümumi informasiya
Bakının yeni seysmik riski öyrənilir
Uşaqlarda sümük boşluğunu necə aradan qaldırmaq olar?
Zövqlü divar rəsmlər
Şəkər tozu və qənd məhsullarını alarkən nəyə diqqət etməliyik?
Emin atası və oğulları ilə - FOTO
Yaylıq istafədə etməyin 5 yolu
Bakı metrosu sabah açılır - RƏSMİ
Kişilərin sevdiyi 4 qadın tipi
Roqaliki (foto resept)
Yalanı bəzəməklə "həqiqət" kimi satanların məqsədi nədir?
Alimlər yeriyən balığı videoya çəkə biliblər
Ətli rulet (foto resept)
Ölmək üçün növbə gözləyirlər - Klinikada sıxlıq yaranıb
Ermənilərin itkisi təsdiqləndi
Günün qoroskopu:Bədxərclik etməyin!
Cem Yılmazdan yeni film gəlir
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
Ətli və pendirli qutab (foto resept)
Heydər Əliyev Mərkəzində "Qarabağın səsi" layihəsinin təqdimatı olub
Vladimir Putin Mehriban Əliyevanı təbrik etdi
Mayın 20-də qəbul imtahanı olacaq
Məşhur ulduz ilk dəfə ata oldu
Latviyaya səyahət
Osteoporoz
Milyarder qaçqınlar üçün iki ada alacaq
Qızıl boyunbağılar
Azərbaycanda dolların bahalaşması davam edir Böyüt
Bakıdakı bahalı avtomobil dayanacaqları
Amerikansayağı dərsliklər
Salma Hayekin təbii görünüşü pərəstişkarlarını heyran qoydu
Türkiyədə qar səbəbindən məktəblər tətilə buraxıldı
Yunanıstan Avropanı və Azərbaycanı şantaj edir
Həyatınızın açarı olun
Rusiyadan ABŞ-a xəbərdarlıq
Kral və dəyirmançı
"Atiye" serialının təqdimatı oldu-FOTO/VİDEO
- ŞƏRHLƏR