Sən bizim ellərin ruhuna bir bax
Ağstafa-Qazax mədəniyyətimizin beşiyidir.
Sığındım istəklli bir bala kimi,
Isti qucağına Ağstafanın.
Dolandım səhərdən axşam kimi,
Soluna, sağına Ağstafanın.
Azərbaycanın qərb qapısı adlandırılan Qazax-Ağstafa alınmaz qala, basılmaz eldir. Bu bölgənin ərazisi bəşər sivilizasiyasının ilk beşiklərindəndir. Iki milyonluq yaşı olan ibtidai insanlar burada məskunlaşmış, yaşamış, yaratmışlar. Ilk odun alınması, ocağın çatılmasında da Qazax və o zamanlar onun tərkibində olan Ağstafanın öz yeri, öz payı var.
Vətən uğrunda, qeyrət yolunda ərəblərə, farslara, ermənilərə, gürcülərə, ruslara qarşı sinə gərən oğulların vətənidir bu vətən. Koroğlunun, Qaçaq Kərəmin, İsrafil ağanın oylaqları, yaylaqlarıdır. İlk Azərbaycan şahini Fərrux Qayıbov, rus artilleriyasının atamanı Əliağa Şıxlinski, Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyev kimi qəhərmanlarımızın, unudulmaz şəhidlərimizin vətənidir bu yerlər. M.Carçıyev, F.Abbasov kimi əmək qəhrəmanlarının fəxr istinadgahıdır. Qəhrəmanları şair təbiətli, şairləri qəhrəman hünərlidir elimin. Hamısı zəfərli, hünərli, mübariz, həyata bariz nümunələrdir.
Altı min illik tarixi olan Kür-Araz mədəniyyətinin ilk ocaqlarından biri bu ərazidir. Azərbaycanda kurort-turizm təsərrüfatının inkişaf etdirilməsi üçün hər cür təbii, iqlim, landşaft şəraiti, iqtisadi imkanları və tarixi- arxeoloji abidələr kompleksi bu yerləri gözoxşayan, könülaçan edir, bəzəkli gəlinə bənzədir. Akademik Teymur Bünyadovun təbirincə desək, Dəli Kürüm qəlb oxşayan təranədir, şərqidir, duruşu Nigarın hörükləri, səsi Koroğluun nərəsidir.
Dilcan dərəsi min-min mənzərədir, dağdır, yaylaqdır, şır-şır bulaqdır, zümzümədir, ərənlərin sığınacağı, gözəllərin yığnağıdır.
Damcılı bulağı nakam sevgilərin pıçıltıları, göz yaşlarıdır.
Siyəzən dağı sirrdir-sehirdir, əfsanədir, nağıldır.
Bu torpağın təiətində bir ayrı şairanəlik, əsrarəngizlik, füsunkarlıq var. Burada min illiklərdən xəbər verən dünyanın lal sükutuna qərq olan məzarıstandakı hər daşın altında bir şair ruhu qərar tutur. Vidadi, Vaqif ilham pərisidir Əbdürrəhman ağa Dilbazın, Mustafa ağa Arifin, Fədainin, Kazım ağa Salinin, Yəhya Bəy Qazağinin, İbrahim əfəndi Nicatinin, Abdulla ağa Şıxlinskinin, Hüseyn əfəndi Qayıbovun, Abbas ağa Nazirin və başqalarının.
XIX əsrdə bu torpağın şeir-sənət səsi asimana ucaldı. Çünki yeni istiqamətli, yeni romantik ruhlu, xalq koloritli poeziyamızın möhtəşəm binasının özülünü qoyanlardan, al-əlvan çalarlı söz mülkünə öz töhvəsini verən Osman Sarıvəllisi, könüldən-könülə əsrlərlə silinməyən cığırlar, yollar salan Səməd Vurğunu, Azərbaycan yazıçılarının havadarı, mənəvi atası - Mehdi Hüseyni (Azərbaycan Yazıçılar İttifaqına uzun illər rəhbərlik etmişdir) vardı.
XX yüzilliyin ikinci yarısından məşhur yazarlarla yanaşı, nadir istedada malik olan yeni nəsl yetişdi. Böyük inamla və ilhamla qələmə sarıldı, sözünü dedi, əlçatmaz, ünyetməz oldu.
Xalq yazıçıları İ.Şıxlı, İ.Hüseynov, Y.Səmədoğlu, söz sərrafları Vidadi Babanlı, Sabir Azəri, Fərman Eyvazlı, Vaqif Nəsib və başqaları xalqımıza layiq əsərləri ilə təkcə Azərbaycanın hüdudlarında deyil, keçmiş Sovetlər ölkəsində qələbələr qazana-qazana eldən-elə, dildən-dilə gəzdilər. Əsərləri bir sıra dünya xalqlarının dilinə tərcümə olundu.
Xalq şairi M.Dilbazi, H.Arif, N.Həsənzadə, V.Səmədoğlu, görkəmli şairlərimiz A.Aslanov, N.Kəsəmənli, H.Abbas, A.Kəmərli, D. Nəsib, T,Saleh, E.Nəsibli və başqaları şeir-sənət aləmində sayıldı, seçildilər.
Sözlü,sazlı,min bir avazlı;
Bu mahalın sazlı-sözlü, mənəvi dünyasının bir şah budağı da sinədəftərlərdir, haqq aşıqları, el şairləridir. Boşuna Qazax aşıq məktəbi Göyçəgöl və Borçalı aşıq məktəblərinin ayrılmazlığının təsdiqi deyil ki!
Dərviş Mahmud, Çoban Əfqan, Miskin Həsən, Mirzə Səməd, Dərya Məhəmməd, Aşıq Avdı, Aşıq Ədalət ustad sənətkarlardır.
Sinələrində min dastan yuvalanan Aşıq Hüseyn Xalaoğlu, Aşıq Aslan Aslanov, Aşıq Solmaz Kosayeva, Aşıq Pakizə Musaköylü, Aşıq Rakif, Aşıq Camoy Qurbanov, Aşıq Yaqub Yaqubov, Aşıq Hacı Avdıyev, Aşıq Şəhadət Gülməmmədov, Aşıq Avdı Avdıyev sazı bağrına basanda mədəniyyətimizin soy kökü özünü göstərir.
Bir də ki ,vallah, bu torpağın qoxusu bir başqadır!
Qazax-Ağstafa bölgəsi o qədər də böyük deyil, lakin şairlər yurdu adını qazanmaq böyük şərəfdir. S.Vurğunun dili ilə desək, “şairlər vətəni bizim tərəflər”dəki bu şeir, sənət dühaları ilə təkcə Azərbaycan, Qafqaz deyil, bəşəriyyət fəxr edə bilər.
Sən bizim ellərin ruhuna bir bax!
Bizdən inciməmiş bir əziz qonaq.
Xeyli vaxtdır həsrətini çəkdiyim torpağıma, vətənimə, elimə yolandım. Ilkin olaraq yolum Ağstafa şəhər İcra Hakimiyyətinə düşdü. Elə bil utopik bir dünyaya yollanmışdım. Insanları mehriban, qayğıkeş, səmimi, düzlük tərəfdarı. Deyirlər vəzifə insanı dəyişir. Burada isə hər kəs insan kimi insandır. Vətənə olan fəxarət hissim bir daha coşdu, çağladı.
Oradan bir başa Ağstafa şəhər Mədəniyyət Evinə yollandım. Mədəniyyət və Turizm şöbəsinin müdiri Gülgün Kərimovun qonaqpərvərliyi, humanist təbiəti, eləcə də bu torpağın sənət inciləri haqqında və son zamanlar görülən yenidənqurma işləri barədə qürur hissi ilə danışması məni torpağım, elim, ağstafalılarım, qazaxlılarım haqqında yazmağa vadar etdi. Gülgün müəllim idman yarışlarında iştirak edən gənclərin qələbə çələnglərini, fırça dünyası olanların rəsm əsərlərini də göstərdi. H.Arif adına ədəbi-birliyin almanaxları ilə də məni tanış etdi və ürəkdolusu danışdı. Hələ qulaq müsafiri olduğum bir mədəniyyət nümunəsi də oldu.
Mədəniyyət Evində rəqs dərsi gedirdi. Müəllimin uşaqlara son dərəcə diqqətli və işinə məsuliyyəti hər kəsə göstəriləcək nümunə ola bilər deyə düşündüm.
Xaliq müəllim (rəqs müəllmi) xalq artisti Z.baratzadənin tələbəsi olmuş, Göygöl Dövlət Rəqs Ansamblının tərkibində dünyanın 28 xarici ölkəsində özünün dediyi kimi Azərbaycan bayrağının sədaları altında rəqs etmişdir. Hal-haızrda Gəncə, Tovuz və Ağstafa şəhər Mədəniyyət Evlərində rəqs dərsi deyir. Xaliq müəllimin rəqsi kimi siması da insanpərvərliyindən xəbər verirdi.
P.S. Kəhkəşandır bu elin hər daşı, hər torpağı, eləcə də insanı!
Rübabə Sahib (filoloq)
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Girov Dilqəm Əsgərovun taleyi Rusiya XİN-in diqqət mərkəzindədir
Facebook-da alver etmək olacaq
Xamalı keks(foto resept)
Hikmətli sözlər
Qadınlar üçün sərt qadağa
Sulu qara hazır olun
Murad Boz azərbaycanlı iş adamının toyuna gəldi-VİDEO
İtburnu: dərdlərə dərman, ətirli və faydalı
Azərbaycanda 9 gün dərs olmayacaq
Prezident İlham Əliyev bolqarıstanlı həmkarına başsağlığı verdi
Aynur Aydın hər kəsi HEYRƏTLƏNDİRDİ-FOTO
Məşhur aktyor görünüşü ilə pərəstişkarlarını təəccübləndirdi
VİRUS TƏHLÜKƏSİ: Azərbaycanlıların olduğu bina mühasirəyə alındı - Bütün əlaqələr kəsildi (VİDEO)
Meray Keri illər sonra incə belini nümayiş etdirdi-FOTO
Vətəndaşların nəzərinə !
Nə müsəlmandır, nə də xaçpərəst
Hava necə olacaq?
Kahı maskası
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Qadınların aldadılma psixologiyası
Hava haqqında
Aya Sofyaya imam və müəzzin təyinatı olub
Balla gözəlləşin
“5 il ərzində, bəlkə də tez bütün kənd yolları qurulacaq”
Həyatdan nə öyrəndim? - Can Dündar
Ağ dərili model özünü qraltdı - FOTO
Merve yenə İMİCİNİ DƏYİŞDİ-FOTO
2020-ci ildə hansı bürcün nümayəndələri varlanacaq?
Hava xəbərdarlığı
Türkiyədə separatçı kürdlərə qarşı aaksiyalar başladı
Qonaq gələnlərə biz Müstəqil Azərbaycanı göstərməliyik
PP vitamini çatışmazlığı nədir?
"WhatsApp" istifadəçiləri belə aldadılıb
Ərdoğanın yaşlı qadınla söhbəti rekord qırdı - VİDEO
Jurnalistlərin işini əlindən alacaq yeni robot
İçi doldurulmuş durnabalığı (foto resept)
Məşhur seriala yeni aktyor gəlir-FOTO
Stiven Spilberqin qızı Həbs Olundu-SƏBƏB
Müdrik insanların qəribə tərəfləri
Yaşıl tərəvəzlər hansı xəstəlik riskini azaldır?
Siqaret çəkənlər bunu etsələr, peşman olacaqlar
İki məşhur müənni arasında qalmaqal böyüdü-FOTO
Pərvizə Türkiyədən təklif var
Ayaqlardakı yağları əridən hərəkətlər
Şahzadə Diananın naməlum şəkilləri üzə çıxıb
Dəbli donlar
Oruc tutmaq istəyən uşaqlarla bağlı tövsiyələr
Bu idarələrdə işləyənlərin maaşlarında 500 manatadək əlavə ediləcək – QƏRAR
Gədəbəyə dolu düşdü - VİDEO
Günün qoroskopu: yaxınlarınızın yardımlarından imtina etməyin
- ŞƏRHLƏR