Əziz Qadın.Netlilər, məsləhətinizə çox ehtiyacım var. Amma çox xahiş edirəm ki, məni qınamayın. Mən internetə, saytlara girən deyildim. Mən məktəbi bitirmişəm, təhsilimi almışam. Bir gün facebook-a girdim. Başım çıxmasa da, maraqlı gəldi. Amma istəmirdim oğlan dostum olsun. Tanıdığım bütün qızlarla dost oldum. Sabahısı gün səhifələrin birində bir status oxudum, bu statusdan çox xosum gəldi. Rəy yazdım. Bir oğlan cavablandırdı. Elə oldu ki, mənə dostluq atdı. Qəbul etmədim, tanımırdım. Neyləyəcəyimi bilmədim.
Oğlanın adı Cəmildir. O da məndən 1 gün əvvəl ora girmişdi. Heç dostu yox idi. Bir az danışdıq. Dedim"Nə olacaq, tanımır, eləmir, sadəcə olaraq yazışacağam". Yazışdım. O, institutda oxuyurdu. 1 il 7 ay yazışdıq. Mən ona inanırdım, çox yaxşı oğlandır. Mən pis vəziyyətə düşəndə həmişə yanımda oldu, o da pis olanda mən də onun yanında oldum. Amma dost kimi yazışırdıq.
Bir gün qərar verdim ki, mən daha ora girməyim, çıxım. Çıxdım. 15 gün girmədim. Amma o, mənim haqqımda maraqlanıb, rəfiqələrimin e-mailini bilirdi. Onlardan məni maraqlanıb. Qızlardan biri bizim qonşudur. O, Cəmilə inanırdı, yaxşı oğlan idi çünki. Cəmil qonşunun qızına yalvarib ki, mənimlə əlaqə yaratmağa nömrə versin. O da mənim nömrəmi ona verib. Oğlan mənə mesaj yazdı ki, "1 il 7 aydır səninlə yazışıram. Çox sevirəm səni, məni başa düş. Ailən haqqında da maraqlanmışam, bilirəm ailən necə ailədir. Sənə inanıram, səni çox sevirəm. Demirəm mənimlə danış. Xeyr, istəyirsənsə danışma, amma yox da demə, qurban olum. Əsgərəm, indi leytenantlığı oxuyuram. Gözlə məni sadəcə olaraq. Danışma, amma ürəyini də heç kimə vermə. Gözlə məni. Bir də mən bilim ki, anamgil sizə elçi gələndə sənin fikrin necə olacaq?!"
Mən heç nə demədim. 1 aydır ki, mənə mesajlar yazır, amma cavab yazmamışam. İnternetdə tanış olduğumuza görə qorxuram. Mənə and içib ki, heç kim bilməyəcək bunu.
Qızlar mən bilmirəm neyləyim, mənə məsləhət verin. Mən necə addım atmalıyam?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Dünyadakı romantik şəhərlər
Əgər prezident olsaydım...(2)
Məşhur müğənninin qızı: Bəsdir, əl çalmayın-FOTO
Qara nöqətələrə qarşı ən effektli maska
Gigi Hadid çılpaq FOTOsessiya etdirdi
NASA alimindən YADPLANETLİ açıqlaması
İnstagramda Yenilik!
Qadının gözündən qurd çıxarıldı - Azərbaycanda -VİDEO
Kələm turşusu (foto resept)
Gənclərin yeni dəbi budur?
Təsirli Lamborghini Aventador
Bulvarda 15 gün "Lazer şou" olacaq
Rəngarəng ayaqqabı modelləri (2)
Çətirsiz evdən çıxmayın
Üz formasına görə makiyaj
Xüsusi souslu toyuq (foto resept)
Sezonun trendi: Albalı
Dəhşətli soyuqlar gəlir - Ən uzun, soyuq və amansız...
Ombudsman "İnsan hüquqları aylığı" keçirəcək
"Konstitusiya daim Azərbaycanın milli maraqlarının keşiyində dayanacaq"
DİQQƏT! Bu binalar qırmızı kitaba salınıb
Hər kəs bu VİDEOdan danışır
Amerikalı alimlər koronavirusa qarşı dərman tapdılar
Qazaxın işğal altında olan yeddi kəndi də qaytarılacaq - RƏSMİ
Böhran haqqında hər şey!
Azərbaycan Ümumdünya Əqli Mülkiyyət Təşkilatının İcraiyyə Komitəsinə üzv seçilib
Bu il 10 min ailə dağılıb
Azərbaycanda Qafqaz Kuboku keçirilib
Məşhur aktyor xəstəxanaya yerləşdirildi-SƏBƏB
İki əlinizi birləşdirin və xətlərin kəsişdiyi nöqtəyə baxın
"Avlu"da bu mövsüm nələr olacaq? - VİDEO
Hiperaktivsiniz?
Qırmızı aksessuarlar
Günün qoroskopu: xoş gözlənilməzlik...
Ailənin dağılmasına səbəb olacaq bəzi təhlükələr
Müasir avadanlıqlar həkimlərin yerini tuta bilərmi?
Mən necə arıqladım?
BÜRCLƏR bizə nə vəd edir? - 14 mart
Ən yaxşısı yazmaqdı...
Dünyanın ən gözəl Universitet kitabxanaları
Arıqla və azad ol
Yeni sanksiyalar: hədəf Rusiya
Yer altında böyük sirr tapıldı
Dünyanın ən yaşlı insanının yaşam sirri
Çinin "Evlilik marketi" -FOTO
Madonna stuldan yıxıldı-VİDEO
ABŞ Suriyada hərbi əməliyyatların başlanmasına bir neçə saat qalmış İsraili xəbərdar edəcək
Azərbaycanda qeyri-adi toy - FOTO
Daha az stress üçün 21 tövsiyə
Sarkozi 29 yaşlı məşhur aktrisa ilə evləndi
- ŞƏRHLƏR