Əvvəlcə dünyaya göz açdım, həyata təmiz pəncərədən baxmaq üçün... Xoşbəxt bir ailə istərkən əvəzində atamı itirdim, o zaman onun sifət cizgilərini yadımda saxlaya bilməyəcək qədər körpə idim... Uşaq evi-bura mənim həyata döyüşçü kimi hazırlayan bir məktəb idi. Burda ac qalmamaq üçün boyumuz qısa, gördüyümüz işlər isə böyük idi. O zaman biz bu həyat tərzinə nifrət etsək də, hardan bilərdik ki, bu yaşam tərzi nə vaxtsa, kiməsə möhtac olmamağı bizə öyrədəcək... Uşaq evi bizə hər şeyi öyrətsə də, bir şeyi öyrətmədi, hansı ki, hər uşağa o lazım idi, hər bir uşağın onu dadmağa ehtiyacı var idi, hiss etməli idi.
Biz bu dünyada yaşayarkən ana məhəbbətini hiss etmədik, ana məhəbbətini hiss edərkən isə dünyada yaşamırdıq... Mən də istərdim yuxudan səssiz, səmirsiz oyanmayım, mənim anam oyatsın yuxudan, ''Dur bala, səhər açıldı.'' desin mənə. Amma o səsi eşitmədim. Siz bəlkə də bezərdiniz ananızın sizə ''Evə gecikmə, tez gəl.'' deməyindən, amma kaş mən anamdan heç bir sözü yox, sadəcə o sözü eşidərdim, təki eşidərdim...
Bizim də bir günümüz xoş, bir günümüz acılarla keçirdi. Şahmatdakı atın gedişi kimi, bir gediş ağ xanaya, o biri gediş isə qara xanaya düşürdü. Biz orada bir cümləni tez-tez eşidirdik, ''Hər qaranlıq gecənin işıqlı bir sabahı var''. Amma biz o işığı görə bilmədik...
Beləcə, ümidlərlə yaşayaraq o işığı gözlədik, amma gəlmədi o işıq, görə bilmədik o işığı. Bəzən uzaqlarda kiçicik bir işığı görürdük, qaçırdıq ona sarı, biz qaçdıqca o işıq böyümək əvəzinə kiçilirdi. O işığa hər yaxınlaşdığımızda gözdən itirdi, yox olurdu...
Mən bu sözləri demirəm ki, kimsə mənə acısın, mən bu sözləri deyirəm ki, öz valideynlərinizin qədrini o yanınızdaykən bilin.
Hər gününüzü ömrünüzün son günü kimi yaşayın, hər aldığınız nəfəsin qədrini bilin. Sən anasız böyümək nədir bilirsənmi? Sən hər yuxudan duranda baş ucunda ananı görməməyin necə bir hiss olduğunu bilirsənmi? Allah eləməsin ki, biləsən... Sən bir ailən olduğu üçün hər yatanda Allaha şükr etdinmi? Sən yalnızlıq nədir bilirsənmi?
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Aleks ağlayaraq futbolla vidalaşdı
Burundan ağciyər xərçəngi analizi
Prezidentlərin təkbətək görüşü
Bu günün hava proqnozu
"Ginnesin"ən uzun dırnağına sahib şəxs onları kəsdi-FOTO
Ebru Şallının yoldaşı məhkəməlik oldu-SƏBƏB
Orucluqdan sonra qidalanmağa diqqət
“Hakan: Muhafız”ın yeni mövsümünün tarixi bəlli oldu - Video
İsti çayin ziyanı
İsti şokoladın 3 faydası
Azərbaycanda bələdiyyə seçkilərinə ayrılan dövlət vəsaiti məlum oldu
Sensasiya: bu planeti nüvə müharibəsi məhv etdi?
Adriana Braziliyaya dəstək çıxdı-FOTO
Qulağımıza qoyduğumuz BOMBA
Ali məktəbdə müəllim və tələbələrə qadağa
Tanıdığımız obrazlar fərqli qələmdən
Əfqan qadınları niyə mavi rəngli hicaba üstünlük verir?
Tarkan ölən aktrisa haqda bunu yazdı - FOTO
“Haber Global” “İti qovan”ın istehsal prosesindən süjet hazırladı - VİDEO
Bədənin siqnal verdiyini göstərən hallar
Fransız dili- Dərs 10
Günün qoroskopu: yeniliklər və dəyişikliklər dövrüdür
Saç ağarmasına qarşı ən təsirli maska
Kirkorovun qətlini Maksim Qalkin sifariş verib?
Qaragiləli dondurma (foto-resept)
Pirallahı qəsəbəsi sürətli inkişaf dövrünü yaşayır - FOTO
Testosteron nədir?
İşğaldan azad olunmuş rayonlarımızda DTX fəaliyyətə başlayır - RƏSMİ
Günün qoroskopu: yarımçıq qalmış işi tamamlayın
Bakı-Sumqayıt-Binəqədi yolunun tikintisinə 8,5 milyon manat ayrıldı
Ronaldodan alqışa layiq ADDIM
Çay ağacı yağının dəriyə faydaları
Mağaradan malikanə düzəltdi - Bir gecə üçün 950 dollar kirayə pulu alır
Şahzadə Harrinin cırıq ayaqqabıları diqqət çəkdi-FOTO
Bakıda çörəyi bahalaşdıranlar kimlərdir?
Marsda çəkilən şəkil alimləri ümidləndirdi
Günün qoroskopu: emosional fon qeyri-sabitdir
Məhkəmə təxirə salındı
Divar kağızları(1)
Erməni çöküşü sürətləndi
Mükafatlandırılan Pınar Altuğ qəzəbləndi-SƏBƏB
Gözlənilən film təqdim edildi-FOTO
Azərbaycanda sentyabr ayının hava proqnozu açıqlandı
BÜRCLƏR bizə nə vəd edir?-16 İyul
Stephen Changa görə artıq çəki problemləri (3)
Bu ölkədə kabab yeyənlər dövlətə vergi verirlər
Unutqanlıq üçün faydalı olan qidalar
Çirkin qadın yoxdur, bədbəxt qadın var
Sarımsaqlı mücver ( foto resept)
Uçuş zamanı təyyarənin pəncərəsində görünən çat təşviş yaratdı - VİDEO
- ŞƏRHLƏR