Uşaqlıqdan kənar hamiləlik nə deməkdir?
Uşaqlıqdan kənar hamiləlik hamiləliyin uşaqlıqdan kənar orqanda olması anlamına gəlir. Adətən bu, uşaqlıq borularında olur, amma yumurtalıqda və qarın boşluğunda da olması mümkündür.
Uşaqlıqdan kanar hamiləlik necə baş verir ?
Qadın yumurta hüceyrəsi və kişi spermasının mayalanması nəticəsində hamiləlik baş verir. Bu mayalanma sonrası əmələ gələn hüceyrə qrupu ''rüşeym'' və ya ''embrion'' adlanır. Mayalanma uşaqlıq borularında baş verdikdən sonra bu rüşeym uşaqlığa doğru hərəkət edir və orda qalır, inkişaf edir.
Uşaqlıqdan kənar hamiləlikdə mayalanma baş verir. Ancaq əmələ gələn rüşeym uşaqlığa doğru hərəkət etmir. Uşaqlıq boynunda, uşaqlıq borularında, yumurtalıqlarda və ya qarın boşluğunda qala bilər və burda böyüməyə başlayır.
Çox vaxt isə xarici hamiləlik uşaqlıq borularında baş verir. Burda rüşeym böyüməyə başlayır. Bu da xəstələrdə ağrı və qanama problemlərinə yol açır.
Bəzi qadınlarda xarici hamiləlik görülmə riski digər qadınlara nisbətən yüksəkdir.
Hansı qadınlarda bu risk ortaya çıxar?
- Daha öncə infeksiya və ya əməliyyat səbəbindən zərər görmüş uşaqlıq boruları.
- Daha əvvəl xarici hamiləlik problemi olan xəstə
- Sonsuzluq səbəbindən müalicə almış xəstələr
- Siqaret çəkmək
Spiralı ayrı qeyd etmək istəyirəm. Spiral ümumiyyətlə qadınlarda hamiləlik şansını azaldır. Ancaq spiralı olan qadında hamiləlik baş verərsə, bu hamiləliyin xarici hamiləlik olma riski daha yüksəkdir.
Uşaqlıqdan kənar hamiləlik özünü hansı əlamətlər ilə göstərir?
- Qarnın alt bölgəsində ağrı;
- Vajinal qanaxma.
Erkən diaqnoz qoyulmayan xəstələrdə rüşeym böyüməsi uşaqlıq borusunun partlamasına, cırılmasına gətirib çıxara bilər. Bu xəstələrdə daxili qanaxmayla bağlı simptomlar görülə bilər:
- Şiddətli qarın ağrısı;
- Şiddətli vajinal qanama;
- Daxili qanaxmayla bağlı təzyigin düşməsi, döyüntü, tərləmə, baş dönməsi.
Ginekologiyada qarın ağrısı, vajinal qanama, aybaşıda gecikmə kimi bu 3 simptom olan xəstəyə xarici hamiləlik şübhəsiylə baxılmaqdadır. Əgərr diaqnoz qoyula bilmirsə, ancaq hələ də xarici hamiləlik şübhəsi varsa, belə xəstələrə 24-48 saat sonra ultrasəs müayinəsi və qanda hamiləlik analizi vacib duyula biler.
Uşaqlıqdan kənar hamiləlik necə müalicə edilir?
1) Tibbi müalicə və ya dərman müalicəsi - burda istifadə edilən dərman rüşeymin böyüməsini dayandırır və rüşeymin müəyyən bir zaman içində yox olmasına səbəb olur. Bu müalicə şəkli seçildiyi zaman xəstələrimiz müəyyən zaman sıxlığında qan analizləri üçün yönləndirilir.
2) Cərrahi müalicə - açıq və ya laparaskopik əməliyyatla rüşeymin götürülməsi. Bu əməliyatda həkiminiz əgər ehtiyac duyarsa, uşaqlıq borusunun götürülməsinə də qərar verə bilər.
Bu iki müalicənin hansı xəstələrə təyin edəcəyimizi nəyin əsasında qərar veririk?
- Rüşeymin böyüklüyü
- Xəstənin ümumi dinamikası (məsələ daxili qanaxma olan xəstədə, əlbəttə, cərrahi müdaxiləyə üstünlük verilir).
Bir çox hallarda xəstələrdə belə suallar yaranır. "Əvvəl uşaqlıqdan kənar hamiləlik oldu, borumun birini götürdülər, yenə hamilə qala bilərəmmi və ya yenə də hamiləlik olacaq?" Bəli, tək boru ilə yenə də hamilə qala bilərsiniz. Sonrakı hamiləliyiniz normal da ola bilər.
XƏBƏR LENTİ
Yeni trend: Gümüşü saçlar
Barış Akarsu
Atlar barədə maraqlı faktlar
Məşhur müğənni Hadisəyə söz atdı-FOTO
Qızılı almaq üçün iki ermənini əzişdirdi
“WhatsApp” 2020-ci ildən bu telefonlarda işləməyəcək
"Ebola" Qərbi Afrikada 8 mindən çox can alıb
2019 gözəllik trendləri
Şəkər xəstəliyi hansı xəstəliyin əlamətidir?
Hazal Kaya bu addımı ilə hər kəsi TƏƏCCÜBLƏNDİRDİ
Qızarmadan qaralmağın yolları
Bakı 2015-in biletləri satışda
Ebola virusuna qarşı vaksin tapıldı
Prezident ailəsi Peyğəmbər məscidində
Ağdam rayonu işğaldan azad olundu
Rusiyada vulkan püskürdü - VİDEO
3D yataq dəstləri
Xoşbəxt evlilik sizin əlinizdədir
Özbək plovu (foto resept)
8 minə yaxın şəxsin pensiyası artırılıb
2013-cü ilin ən yaxşı payız ətirləri
Burcu Esmersoyun keçmiş əri Onunla görüntüləndi-FOTO
İlham Əliyev: “Gümrüdəki bazadan Ermənistan silahlı qüvvələrinə təchizat göndərilir”
Rusiya Qələbə Paradını təxirə saldı
"Ən zövqsüz geyim"...
Ölkədə bankların bağlanma təhlükəsi
Miqrenlə mübarizə aparan qidalar
7 general Silahlı Qüvvələrin sıralarından ehtiyata göndərilib
Bu müsəlman ölkəsində Həccə getmək QADAДћAN OLUNUR
Ətirdən istifadə edərkən hansı nüanslara diqqət etməliyik?
"Instagram"da YENİLİK!
Ledi Qaqa festivala qayıqla gəldi - FOTO
ABŞ xakerlərdən daha yaxşı qorunacaq kosmik sistemlər hazırlayacaq
BÜRCLƏR bizə nə vəd edir?-7 yanvar
Boliviyada 20 yeni canlı növü tapıldı
Gözəlik, amma yenə də kosmetika yoldaşımızdır!
Azərbaycanda istilik mövsümü yenidən uzadıldı
ABŞ - İran danışıqları başlayıb
2019-cu ilin son iş gününün HAVAsı
"Amazon" 25 dollar müqabilində scan tələb edir
Vanqanın arxivində sirli vərəq tapıldı: BƏLALAR GƏTİRƏ BİLƏR
Hamiləlikdə dəri dəyişkənliyi
Xalq artisti: "Bizim xalq pula hərisdir"
Cəbhədə erməni təxribatının qarşısı alındı
Bakı Şəhər Halqasının loqosu təqdim olundu
Cərcis Peyğember (ə) ziyarətgahından görüntülər
Prezidentə məktub yazan azyaşlı general olmaq istəyir - VİDEOREPORTAJ
İdmançımız erməni rəqibini “sürüdü”
Təhlükə bir addımlığınızda
Qadınların hislərini ələ verən 9 vəziyyət
- ŞƏRHLƏR