Nuşirəvan qoşunla çıxmışdır bir gün ova,
Ayrıldı dəstəsindən atla ov qova‐qova.
Şahın yaxın həmdəmi artıq yalnız vəzirdi,
Hər ikisi at çapıb, ovlaqda ov gəzirdi.
Çatdı düşmən qəlbitək viranə bir yurda şah.
Tapardı axtardığı hər şikarı burda şah.
İki bayquş səs‐səsə verərək ulayırdı,
Qəlbləri şah qəlbitək nəsə КєarzulayırdıКє.
Şah soruşdu vəzirdən: КєNə danışır bu quşlar?
Bir‐birinə nə deyir, nə söyləyir bayquşlar?Кє
Vəzir cavab verdi ki: КєZamana şahsan özün.
Hər hikmətdən, hər sirdən çoxdan agahsan özün.
Səsləri nə müsibət, fəlakət salmır yada?
Nigah‐kəbin, cer‐cehiz söhbəti var arada.
Bu quş onun oğluna ərə verir qızını,
İndi başlıq istəyir işə salıb ağzını:
КєBu xaraba kənd nədir, bir qıza azdır,Кє deyir,
КєKəbin haqqıКє bir neçə xaraba yazdırКє, deyir.
Elçi gələn quş deyir: КєŞərikəm hər sözünə,
Şahın zülmkarlığı bəllidir yer üzünə.
Qanlar tökən görürəm şahı gündə yenə mən.
Yüz min belə xaraba kənd verərəm sənə mən.Кє
Bu sözlər atəş kimi yandırdı, yaxdı şahı,
Elə fəğan qopardı göylərə qalxdı ahı.
Ağladı, ikiəlli qapaz saldı başına,
Nahaq qanlar zalımı qərq edər göz yaşına.
Zülmünü yada salıb, dişlədi barmağını:
Quşlar da eşidibdir zülmünün sorağını.
Var üçün insan nəsli bu obadan silindi.
Toyuq qaqqıldayırdı, bayquş ulayır indi.
Dünyaya uymuşam ki, qəflətdəyəm hələ mən.
Peşman‐peşman başıma gərək döyəm hələ mən.
El varını soymuşam, xalqa divan tutmuşam,
Ölməyi, son mənzili büsbütün unutmuşam.
Talan, qarət dalınca haçanacan qaçım mən,
Əməlimlə, başıma‐olmaz oyun açım mən?
Şahlığı, məmləkəti tanrı verib baxtıma.
El nifrət yağdırmasın qoy tacıma, taxtıma.
Mis deyil, qızıl sikkə nəsib olub adıma.
Bu qədər haqsızlıqla haq çatarmı dadıma?!
Zülmkartək tanınım eldə, obada niyə?
Ömrü zülmkarlıqla verim mən bada, niyə?
İndən‐belə qəlbimdə mərhəmət olsun gərək,
Tanrıya, ya özümə bir hörmət olsun gərək.
Haqsızlığın həddini lap aşmışam daha mən,
El gözündə dönəcəm ən, yaramaz şaha mən.
Yanmalıyam, yanmalı, gör kimə yanır qəlbim?!
Qiyamətdə yanacaq qəlbimə yanır qəlbim.
Qılıncımla elləri biçməyim bəsdir daha,
Alçalıb, insan qanı içməyim bəsdir daha.
Talançıyam, fəxr edib öyəcəyəm özümü?
Qiyamətdə sorsalar, döyəcəyəm gözümü.
Xəcalətəm, mümkünmü daha şadlana qəlbim?
Daşqəlbliyəm, mümkünmü dönməsin qana qəlbim?
Qaxıncam, nalə, fəryad qopardığım budur, bu!
Qiyamətə özümlə apardığım budur, bu!
Öz köhlənim özümü tapdayacaq orada.
Can zülmün cəzasına tablayacaq orada?
Saysız xəznə yığmışdı qılıncının zoruna.
Ondan Samla Firidun nə apardı goruna?
Dünyaca var‐dövlətim sayılarmı dünyada?
Dünyadan apardığım bir şey varmı dünyada?Кє
Şah bir odlu məşəldi, yandı yalı köhlənin,
Nəfəsindən əridi polad nalı köhlənin.
Şahanə dəbdəbəylə sarayına yetişdi,
Şəfqətilə hamının harayına yetişdi.
Bir yolluq qələm çəkdi bac‐xəracın üstündən,
Son qoydu haqsızlığa, ellər çıxdı pis gündən.
Ədalət göstərərək atdı sitəmkarlığı,
Ömürlük arzusuydu elin bəxtiyarlığı.
Taleyin imtahanı canını alan oldu,
Ədaləti dünyada əbədi qalan oldu.
Ülviyyət aləmində yenə də şahdır özü,
Şan‐şöhrət sikkəsinə yazıldı КєadilКє sözü.
Bəxtiyar hökmdardı, tarixdə qaldı adı,
Kim ki adil şah oldu, belə ucaldı adı.
Hər ürəyi sevindir, xürrəm yaşa dünyada,
Tanrı qoymaz ki, dəysin oxun daşa dünyada.
Günəşi oyadanlar xoşbəxt olsun sayəndə,
Dosta səadət olsun fikrin, zikrin, qayən də,
Dərdlərin təbibi ol, məlhəm qoy hər yaraya,
Yiyələn taxta, taca, həşəmətli saraya.
Eşqinlə atəşə dön, nifrətinlə buza dön,
El yolunda günə dön, aya dön, ulduza dön.
Yaxşılığı əzəldən adət etsən özünə,
Yaxşılığın hər yanda qapı açar üzünə.
Hər əməlin üstündən sanma keçəndi dövran,
Hər yaxşını, yamanı yaxşı seçəndi dövran.
Ülviyyətə qulluq et, günah dalınca varma,
Günahkar insan kimi boyun büküb yalvarma.
Ömür keçib gedəndi, dünya qalandı sənə?
Ülviyyətə sədaqət şərəfdi, şandı sənə.
Hər üzrün, yalvarışın ‐ hiylə, kələk, aldanış.
Quru sözdən nə çıxar? İşdən, əməldən danış.
İşlər sözlə düzəlsə, hər iş də düz gələrdi,
Nizami hünəriylə göylərə yüksələrdi.
Nizami Gəncəvi ( Sirlər Xəzinəsindən)
XƏBƏR LENTİ
Ronaldo “Intagram”ındakı reklamlara görə nə qədər qazanır?
Vitaminli salat (foto resept)
Azərbaycanlı şagird dünya çempionu oldu
"Real"ın baş məşqçisi görün kim olacaq...
Cənubi Koreya Kim Çen Inla bağlı kəşfiyyat məlumatlarını açıqladı
İşləyən hamilələr diqqət!
Günəşdə alışma: 1 həftəlik qasırğalar başlayır
"Titanic"də kadrarxası
"Bu il 7 dəfə tonqaldan tullanmışam" - Elza Seyidcahan
Qadın.Netlilərin evlilik təklifləri...
Dəridəki qırışlar üçün cəfəri suyu
Hava haqqında - 21.12.2013
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlandı
Azərbaycanda maqnit qasırğası gözlənilir
Rusiyada qrip kabusu: 1000-dən çox məktəb bağlandı
Yenə yağış, yenə külək
Ali Sunal qızı və xanımından yazdı-FOTO
Bu ölkə NATO-nun üzvü oldu
Ən doğru nəfəsalma qaydası
Üç gün dənizdə kömək gözlədi - VİDEO
Təbii maskalar
Həftənin ilk iş gününün hava proqnozu
Prezident İlham Əliyevə BMT-nin Əhali Fondunun mükafatı təqdim olunub
Ofisiant belə məşhurlaşdı
İçi doldurulmuş hind toyuğu budu (foto resept)
Peşə təhsili almaq istəyənlər göstərilən tarixə qədər ixtisas seçimi etməlidirlər
İspaniyada neft emalı zavoduna ildırım düşdü - VİDEO
Qan qrupunuza görə bunları bilməlisiniz!
Fitnes ulduzu Mayamidə-FOTO
Türkiyədə qar yağdı
Şəklə baxın və xarekterinizi öyrənin
Qarpız maskaları
Gəlin buketləri
HAVA necə olacaq?
Səhiyyə Nazirliyi həyəcan təbili çalır
AMEA-da “Qubadlı: Qədim Azərbaycan torpağı Zəngəzurun qapısı” adlı monoqrafiya nəşr olunub
Qeyri-adi mətbəx əşyaları (sifarişlə)
2015-ci ilin ən yaxşı filmləri seçildi
Rusiyadan qorxulu addım
Yeni qatarlar gətirilir
Yeni tədris ilində məktəblərin taleyi necə olacaq?
Xəstəlik (son)
Qısa və uzun boylu insanlar bir yerdə
Xəzərdə 4,5 bal gücündə zəlzələ oldu
“Sən anlat Karadəniz”in aktrisasının toyu olacaq
Qadınlarda klimaks dövrü
Bəla başımıza necə gəldi?
Moskva son illərin ən soyuq qışını yaşayır
İlham Əliyev: "Heç kim güzəşt istəməməlidir"
AZAL uçuşlarda endirim etdi