Bu vaxtsız sevginin əcəli yetdi,
Buydu qismətimiz ya tez, ya da gec.
Hərə öz dərdini apardə getdi,
Bəs niyə dərdimiz azalmadı heç?
Dünya dağılmadı biz ayrılanda,
Göylər biraz yağış çilədi ancaq.
Mən sənə xoşbəxtlik dilədim onda,
Sən mənə rahatlıq dilədin ancaq...
Rahatlıq dilədin ev eşiyimə,
körpəmin beşiyinə,
Nəvəsi dizi üstə çixan
atama - anama da.
Bir vaxt səndən öncə rastıma çixan,
Səni məndən alan qadınıma da...
İstədim son dəfə basım bağrıma,
Dedin "nəyə lazım, yox yaxşı deyil."
Ağladın dedim ki, "kiri, ağlama"
Dedin ki, "yağışdı, göz yaşım deyil."
Bu görüş sonuncu görüşdü daha,
"Bu gün ayrılırıq" deyib gəlmişdin.
Bəs niyə mənimlə son ayrılığa,
Ən gözəl donunu geyib gəlmişdin?
Bəs niyə o cürə gözəldin onda?
İndi bunu necə yozum, bilmirəm.
Bəlkə də son dəfə mənim yadımda,
Gözəl qalmaq idi arzun, bilmirəm...
Bir sevgi yarımçıq qırıldı o gün,
Yağış da kəsildi, bulud da getdi.
Bir qızla, bir kişi ayrıldı o gün,
Hərəsi bir yana üz tutub getdi.
O qızdan gözəl qız tapılmaz daha,
Daha o kişidən igidi yoxdur.
Amma bu dünyada xoşbəxt olmağa,
Daha heç birinin ümidi yoxdur...
Ramiz Rövşən
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İllərdir komada qalan məşhur aparıcıdan ŞAD XƏBƏR
Ordumuz itki verməyib
Məşhur cütlük BARIŞDI
Azad olunmuş yerlərdə tarix və mədəniyyət obyektləri üzrə monitorinqin ilkin nəticələri açıqlandı
Hicablı qadınlar üçün dəbli kombin tövsiyələri
Valeriya Eminlə başlatdığı biznesindən danışdı
Ingilis Dili-II Dərs
Moruqlu kekslər (foto resept)
2020-ci ildə keçiriləcək "Oskar"ın vaxtı açıqlandı
Məleykə Abbaszadə: Bu il 700 bal toplayan abituriyentlərin sayı 29 olub
Dior Payız-Qış 2020 kolleksiyası Paris moda həftəsində
Sinif rəhbəri vəzifəsi ləğv edilir? - RƏSMİ AÇIQLAMA
KÖRPƏNİZ DİŞ ÇIXARIR?
Vanqanın Qarabağ haqqında ŞOK PROQNOZU
"Mucize Doktor"un aktyoru evlənir
"Göbələk meşəsi" salatı (foto resept)
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Operativ Qərargahdan brifinqlərlə bağlı iddialara CAVAB
Ballı, darçınlı alma cipsi (foto-resept)
Madonna "Eurovision"a görə 1 milyon alacaq
Ən çox övlad sahibi olan qadınlar
Azərbaycanda yeni informasiya sistemi
NASA zəlzələ qurbanlarını xilas edəcək
Bu günün hava proqnozu
2020 Nyu-York Moda Həftəsi
Putin Savçenkonu azad etdi
Ədliyyə orqanlarında işləmək istəyirsiniz?
Həkim: “Koronavirusa aid şikayətlər üç gündən artıq davam edərsə..."
Prezident fəxri ad verdi
Payız gəldi...
Bezeli, biskvitli qozlu tort (foto resept)
Ermənilərin Türk Ordusu vahiməsi
Məşhur reperi tənqid etdilər-SƏBƏB
Pozitiv olun
Həyat yoldaşını necə seçməli?
Murat Yıldırımın xanımı görünüşü ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Toxunma çantalar
Can Yaman Demetlə münasibətinə aydınlıq gətirdi-FOTO
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü - 44 yeni yoluxma
Daban çatları (1)
1 Apreldə Göygöl Milli Parkında "Açıq qapı" günüdür
Günün qoroskopu: stabillikdən həzz alın
Təlqinlə bədəni gücləndirin
Qarpız alaq, almayaq?
Dünya şöhrətli yazıçının Bakıda yubileyi keçiriləcək
Prezident İlham Əliyev Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağrılması haqqında sərəncam imzaladı
Azərbaycanda koronavirusa 1346 yeni yoluxma faktı qeydə alındı: 15 nəfər vəfat edib
Məşhur müğənni səhv döymə etdirdi-FOTO
Dünyanın ən bahalı nişan üzükləri
Ermənilər küçələrə çıxdı