Gedirsən...
Elə gedirsən ,
Barmaqlarımın ucundan axa-axa
Gözümün içinə baxa-baxa.,
Yavaş-yavaş, alışdıra-alışdıra...
Fikir eləməyim deyə,
Ağlımı qarışdıra-qarışdıra gedirsən.
Lövbərini sahilə atıb gedən gəmi kimisən,
Dönməyəcəyini bilirəm,
gözləmirəm yolunu.
Amma baxacam arxanca,
Gözlərimin qarası ağında əriyənə qədər.
Saçlarımı vida yerinə yelləyib,
Əllərimi üzümə sıxıb yola salıram səni.
Heç getməsəydin keşkə...
Gedişin Günəşli günlərimə
qara bulud kimi çökəcək.
Ayları, illəri bölüşürdük
Göy qurşağım idin mənim,
Gözlərim yağandan sonra görüşürdük.
Sən gedirsən,
Gedirsən...
Hər gün biraz uzaqlığınla boyanıram,
Yaşıl yatıb, sarı oyanıram.
Həyatımı baxış- baxış süstləyənim,
İllərimi naxış – naxış işləyənim,
Sənə demək istədiklərimi ürəyimdə qoyursan.
Tətiyi çəkilmiş tüfəng kimisən artıq.
Gözlərimdən , baxışlarımdan,
əllərimdən, saçlarımdan gedirsən.
Gedirsən...
Barmaqlarımın ucundan axa-axa ,
Gözümün içinə baxa-baxa .
Yavaş -yavaş, alışdıra-alışdıra...
Fikir eləməyim deyə,
Ağlımı qarışdıra-qarışdıra gedirsən.
Alacağın olsun həyat,
Onsuz da bütün sevdiklərimi alacaqsan.
Qoy onu sevə-sevə yola salım.
Özünə yaxşı bax deyə bilməyəcəm,
Əlvida deməyə də dilim gəlmir.
Məni unutma ... GƏNCLİYİM.
***
Yaşanmış ömür,
işlənmış bir əşyanın qutusu kimi.
Gedilmiş yol,
izləri süpürülmüş küçələr .
Adiləşir ,bütün qəribələr ...
İlk dəfə məni görəndə,
roman oxuyarkən , qəflətən,
diqqətini aparan xəyal kimi ,
maraqlandırmışdım səni.
İtirmişdin özünü,
Belə deyirdin ,sonralar...
Bir elan da vermişdin -
“Məni tapana mükafatım var.”
Nə? ...bilmirdim.
Bilə bilməzdim.
Mən ola bilməzdim ,
tutduğu balığı
dənizə bağışlayacaq ...
Nuhun gəmisində də yer yox idi bizə.
Sonralar...
heç bir romanda ,
rast gəlmədim özümüzə.
Unutduğum qədər xatırladım səni sonralar...
Nuranə Nur
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Etik qaydaları pozan aparıcıların adları AÇIQLANDI
Ovcumuzdakı xətlərin mənası
Bu gün Bədən tərbiyəsi və idman günüdür
Düşmənin canlı qüvvəsi və zirehli texnikası məhv edildi - VİDEO
"Prezidentlik müddətinin 7 il olması qanunauyğundur"
Emin Ağalarov: "Maaşları verə bilmək üçün 3 avtomobilimi satmışam"
Çinlilərdən BMW X6-a rəqib - FOTO
İpoteka kreditlərinin verilməsi qaydalarında
Qızıl boyunbağılar
Bu gün həmin yoldan keçməyin
2021-ci ilin büdcəsindən işğaldan azad edilən ərazilərə nə qədər vəsait ayrılacaq? - RƏSMİ
Rahat yatmağa kömək edən yoqa hərəkətləri
Dərini yaşlandıran səbəblər
Vitaminlər
Yaşıl çay saç maskası
Həyatınız məsuliyyətsizliyinizə qurban getməsin
Elmar Məmmədyarov Albaniyanın xarici işlər nazirini qəbul edib
Brus Uillis 4 milyonluq ev aldı - FOTO
DİN-dən Yeni il bayramı ilə bağlı XƏBƏRDARLIQ
Tom Hanksin oğlu koronavirusa yoluxmuş valideynlərindən danışdı
Koronavirusa yoluxma riskini yoxlayan mobil proqram yaradılıb
Sağlam böyüməyinə kömək edin
Kiyev milisi odlu silaha əl atacaq
Britni Spirs ETİRAF ETDİ-FOTO
Müğənninin saçları yandı -FOTO
Bakıda bukinislər niyə azalıb?
Rusiyalı oyunçu ömürlük futboldan uzaqlaşdırıldı
HAVA necə olacaq?-7 FEVRAL
Məşhur serial belə çəkilir - FOTOSESSİYA
Badımcan salatı (foto-resept)
Britninin rəqsi izləyicilərinə keçmiş xəyanəti xatırlatdı-FOTO
Bakının yeni dostu
Mükəmməl saçlara sahib olaq
Günün qoroskopu: Enerjili olun!
Hormon nizamsızlığının 3 göstəricisi
Qırmızı qonaq otağı
Təhsil Nazirliyindən məktəblərdəki vakansiyaların gizlədilməsi ilə bağlı AÇIQLAMA
İlan dərisindən olan çantalar
Bəzi telekanallara xəbərdarlıq edildi
Tərtər şəhəri atəşə tutulub - RƏSMİ
"Adamlar var ki, pul yığmaq üçün 3 dəfə toy edir" - Araz Əlizadə
Əfsanəvi atlet koronavirusa yoluxub
Günün qoroskopu: Ağlınızı işlədin!
Ürək-damar xəstəliklərinin təbii yolla müalicəsi
Sibel Can haqda şok iddia - VİDEO
Kartof Kroket (foto-resept)
İmtahanlar yaxınlaşır, məzunlar isə...
Rihannadan pərəstişkarlarına yeni il "hədiyyə"si - VİDEO
Ən gözəl kitabxanalar
Serji Hitlerə bənzətdilər