Hardandı səndə bu cazibə, gülüm,
bu lətafət, bu incəlik?
Niyə hamı kimi deyilsən axı sən
nədəndi səndə bu qəribəlik?
Məsələn, elə gözəl ağlayırsan ki
ağlatsammı bir də?
-qəddar-qəddar düşünürəm hərdən.
Elə gözəl darıxırsan ki, gülüm,
adam çıxmaq istəmir gizləndiyi yerdən.
Elə qəşəng qaçırsan ki, nazlı-nazlı
vallah, qovmağı gəlir adamın.
Fikir vermişəm
əllərin səndən qabaq qaçır sən qaçanda
gözlərin həyəcanlı;
sağa-sola baxırsan hürkmüş ceyran kimi
aldadıcı olur gülüşlərin şeytan kimi.
Elə məsum təslim olursan ki,
yenə qaçsa, yenə tutsam keçir könlümdən.
Elə dəlicəsinə axtarırsan ki, adamı
tez - tez əlindən düşmək,
tez-tez itmək istəyirəm;
elə bərk-bərk qucaqlayıb saxlayırsan ki,
heyran qoyursan məni;
qalmaq istəyə-istəyə getmək istəyirəm.
Səninlə yaşamaq istəyirəm
səninlə gülmək istəyirəm;
bu ölümlü-itimli dünyada
öləndə də həsrətindən ölmək istəyirəm
Yox, yox, haşiyəyə çıxdım,
lütfən cavab ver
mən bilmək istəyirəm:
axı sən niyə beləsən?...
Dünya ilə insan tərs mütənasibdilər;
insan böyüdükcə dünya kiçilir.
Məsələn, 7 –ci mərtəbənin pəncərisindən
çox kiçik görünür küçədəki adamlar;
sürətlə yürüyürlər baxmadan sağına-soluna,
ağına-qarasına
qarışqalar kimi,
sanki nəsə daşıyır hərə öz yuvasına...
Siqaretin tüstülənir,
sən də düşünürsən:
Bu işıqforda dayanan qarışqa boyda ağ saçlı dayının
görəsən neçə dəfə düşüb əlindən
yuvasına aparmaq istədiyi ümidi?
...Hardan biləsən?
Ponti Pilat İsa (ə) –dan soruşdu:
- həqiqət nədir?
İsa (ə) susdu...
İnsan dünyadan çox böyükdür əslində
Yəqin ki, bunun üçün “sığmırdı bu cahana Nəsimi”.
Sadədəcə, dedim axı
onlar tərs mütənasibdilər;
dünya böyüdükcə gözündə,
insan kiçilir qarışqa kimi...
İlqar Kamil.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Meray Kerinin evi diqqət çəkdi
Dünyanın ən balaca iti odur
Qadınlar nə istəyər, kişilər nə anlayar?
Pişiklərin yatmaq üçün xüsusi yerə ehtiyacı yoxdur
Ətək sinir sıxılmasına səbəb olur
Beren Saat yenidən ekranlarda!
İlham Əliyev Qərbi ayıltdı
İranın vitse-prezidenti qadın oldu
COVID-19 peyvəndi vurulan könüllülərin səhhəti barədə məlumat verildi
Uşaqpulu ilə bağlı VACİB XƏBƏR - İşçi qrup yaradıldı
Hüseyn Ərəblinski
"Şəfa" stadionunun adı dəyişdirilir?
Baş Nazir tədris ili ilə bağlı qərar imzaladı
Məktəblərdə vəziyyət acınacaqlıdır, oktyabrdan... - Həyəcan təbili
“UNESCO ilə münasibətlər yeni mərhələyə qədəm qoyub”
İştahı azaldan qidalar
"Çarıq" badımcan yeməyi (foto resept)
Prezident: Biz doğma Qarabağ torpağımıza da qayıdacağıq
1 milyard insanı ölüm gözləyir!
Şəxsi məlumatları necə qoruyaq?
Estetik əməliyyatların qurbanı olan məşhurlar
Sevgi, evlilik: ən gözlənilməz təklifi kim edəcək?
Ağcaqanad dərmanları ziyandırmı?
Yaxşı ata olmağı bacaran 6 bürc
2019 Bahar Moda Həftəsindən Ayaqqabılar
Yeni İl gecəsi Bakıda bu avtobuslar səhərə qədər işləyəcək
YAY fəsli üçün MAKİYAJ növləri
NATO Azərbaycanla əlaqələri genişləndirməyin zəruriliyini anlayır
Bilirsinizmi....
"Sizdən soruşsalar, heç kəsin adını çəkməyin"
Ciddi əks-təsir göstərən COVID-19 peyvəndinin sınaqları dayandırıldı
Burada artıq 2020-ci ildir
Xalq artisti Sabir Ələsgərov xəstəxanaya yerləşdirilib
Şimali Koreyada daha bir qadağa
Bir kişinin aşiq olduğunu necə başa düşmək olar?
Göründüyü kimi olmayan sosial media
Azərbaycanın ürək dərdi
Bank 3,5 milyon dəyərində olan evini əlindən alır
Şokoladlı peçenye (foto resept)
Bisküvit tortu (foto resept)
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi seroloji testlər keçirəcək
Döyməc (foto resept)
Azərbaycanda vergi yığımında dəyişiklik
Milli Qəhrəmanlarımızın şəkilləri Bakı küçələrinə həkk edildi - VİDEO
2013-də Azərbaycanda neçə film çəkilib?
Bodrumda 4 gün 4 gecə möhəşəm toy oldu-FOTO
Futbol tarixində ilk milyarder Ronaldo oldu
Ərdoğan Obama ilə danışdı - 1 saat 10 dəqiqə
Azərbaycanda təqaüdçülərin sayı artacaq
Kitab oxumağın xeyri və ziyanı
- ŞƏRHLƏR