Bozdar
Bozdar səs-küy salmağın
Xəstəsiydi, ölürdü.
Soldakından qorxurdu
Sağdakına hürürdü.
Vaxtında gələn bozdar
"Bozdar, xoş gördük səni
Sən bizə çox lazımsan.
Hürənimiz çox idi,
Gəzirdik quyruq qısan."
Bozdar yatmır
"Yenə yaman hirslidir
Görəsən nə xəbərdir!?"
"Bozdar belə hürəndə
Yaxından, karvan gedir!?"
Stili dəyişən Bozdar
Çoxdandı ki, həyətdən
Bozdar qaçıb itmişdi.
Üzünə baxmırdılar.
Kənddən çıxıb, getmişdi.
Arabir yaxın gəlib
Gizlin-gizlin baxırdı.
Tək həyətə girməkdən
Çəkinirdi, qorxurdu.
Bir gün açdı gözünü.
Kənddə qalmaqal idi.
Ürəkləndi, sevindi.
Tezcə həyətə girdi.
Nə hökm ilə hürdüsə,
Boğuşma da kəsildi.
Alabaş da heyrətdən,
Qaçdı, küncə qısıldı.
Bir gözü Alabaşda.
Biri də həyətdəydi,
Yelləyib quyruğunu,
Hamını hədələdi!..
26.12.2010 Brest
Ayının dərsi
Düşdülər gen quyuya
Ayı, canavar, sığın.
Neçə gün əlləşdilər,
Axır düşdülər yorğun.
Canavar dedi: "Sığın,
Gör neçə gündür acıq.
Onsuz da öləcəksən,
Sonra dağıdacağıq,
Gəlsənə elə indi
Ayıyla səni yeyək
Tezcə qurtarsın canın
Bizdə kömək gözləyək."
Canavarın sözləri
Gizli işarə idi.
Ayı da donquldandı,
Sığın hərif deyildi.
Bir balaca düşündü:
"Razıyam, ay canavar
Amma ölüm qabağı
Sizdən bir xahişim var,
Gənclikdə quyruğuma
Babam bir söz yazdırıb.
Dünyamı dəyişəndə
Oxumağı hökm edib.
İstəmirəm kişinin
Vəsiyyəti pozulcun.
Oxuyun, mənə deyin
Yeyin, sizə nuş olsun!"
Ayı canavar ilə
Sevincək aldandılar.
Arxadan yaxınlaşıb
Yaxında dayandılar.
Sığın nə gücü vardı
Bir qoşa təpik çaldı.
Canavar bir daş kimi
Düşdü, yerində qaldı.
Ayı özünü söydü:
"Oxuya da bilmirsən
Zalım oğlu, nəfsindən,
Niyə təpik yeyirsən!?"
21.12. 2010 Brest
Fermanın düz yanında
Tülkü cücəni tutdu.
O qədər sevindi ki,
Özünü də unutdu
İstehzayla çevirdi:
"Böyüyünə nə deyim,
Bir tikə ətin yoxdur,
Mən səni necə yeyim?"
Cücə də azca aşın
Duzu deyilmiş, demə:
"Tülkü lələ, inciyib,
Niyə batırsan qəmə
Dədəm maşallah yeyib
Yeriyə də bilməyir,
İstəyirsən, çağırım
İndi nahar eyləyir."
Nəfisi üstün gəldi,
Xoruzu arzuladı,
Qoydu barının üstə
Cücəni yola saldı.
Çıxdı damın üstünə
Cücə tülküdən qaçdı.
Körpə qanadlarını
Yellədi, geniş açdı.
"Tez ol, çağır dədəni
Gedirəm, vaxtım azdır."
"Ay tülkü, axı niyə
Ağlın belə dayazdır?
Bədbəxt oğlu, görmürsən
Fermada böyüyürəm,
Anamı tanımıram
Ha yandan gəlsin dədəm?"
15.12.2010 Brest
Tülküyə vurğun toyuq
Niyə gec-gec gəlirsən!
Xoş gördük, tülkü qağaş!
Toyuq vurub çırtdığı,
Başladı oynamağa:
"Bircə şəkil bağışla,
Xəzinin vurğunuyam.
Gecələr qaçır yuxum,
Həsrətin yorğunuyam.
Ey qəlbimin atəşi!
Ürəyimi dəlirsən.
Gözlərim səni gəzir,
Məftununam, bilirsən!"
Canının qorxusundan,
Toyuq şairə döndü.
Bütün hini tərgidib,
Tülkü ilə öyündü.
03.12.2010 Brest
Haqsızlıqdır meşədə
Səhər girdi meşəyə,
Çeşməyini düzəldib,
Təpik vurdu dəvəyə
Məqsədini gizlədib!
Tez axtardı dələni
"Sabahın xeyir, desin"
İşə saldı dilini,
Dadlı bir fındıq yesin.
Təriflədi, əlac nə?
İnciyənlər axtardı.
Hey çığırdı "əsas nə!?
Yenə səbrim daraldı!
Bu meşədə qayda yox,
İncidirlər ayını,
Utanmırlar, işə bax,
Hey kəsirlər payını!"
Qarğa dedi sözünü,
Kirpi yudu üzünü,
"Haqsızlığa" dözməyb,
Caqqal sildi gözünü!
Yəqin ki, ürəyində
Bir arzuyla yaşayır
Unudanda arabir,
Hansı adı daşıyır!
Xoruz çığırtması
Xoruz dərdi nəfəsini:
"İşi belə qoymayacam
Maraqlıdır qonşu hini,
Özgə dildə banlayacam".
Diqqət ilə hey dinlədi:
"Əsas odur səs salasan,
Çoxu qanmır, fərqi nədir,
Bircə durub susmayasan".
Çəpər üstə hey çığırdı,
Səhər-səhər, həm azanda...
Üç gün sonra çığırırdı,
Sahibinin qazanında.
İlham İdrisoğlu Brest 22.11.2010
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Pınar Altuğun paylaşımı hər kəsi ayağa qaldırdı
Cak Palanikdən yazmaq haqqında 12 qanun
Sevimli uşaq şerləri
“Reanimasiya şöbəsi tam dolub, bir dənə də yer yoxdur” - VİDEO
Qızılın qiymətində artım var, alıcı isə yoxdur
BÜRCLƏR bizə nə vəd edir? - 8 APREL
Britaniya kraliçası pandemiya müddətində ilk dəfə maskalı göründü
Amerikalı heykəltaraş Cek Storms
Hava haqqında
AİLƏ QURMAQ ÜÇÜN İDEAL YAŞ DÖVRÜ
Çantalar
Can Yaman saçlarını satır
Türk bayrağını təhqir edən aktyora cinayət işi açıldı
1 Apreldə Göygöl Milli Parkında "Açıq qapı" günüdür
Çox gözəl BMW: əsl bimmer
Bakıda ev tikmək istəyənlərin sevinci gözündə qaldı
Günün qoroskopu: tələskənlik, qaçaqaç olmayacaq
Azərbaycan iqtisadiyyatının yeni təhlükəsi
“Kobra Pərviz” “Survivor”a davası ilə damğa vurdu - VİDEO
Cəbhədə silahlar susmayıb
Ceki Çan yeni filminin təqdimetmə mərasimində
Ayılar 100 ildən sonra Çernobıla qayıtdılar
Şadlıq saraylarına xəbərdarlıq edildi
Milla Yovoviç yeni doğulan körpəsinin FOTOlarını paylaşdı
Sevgilisini ağlatmaq üçün bunu etdi - FOTO/VİDEO
İlham Əliyev və xanımı Mehriban Əliyeva bir sıra görüşlər keçiriblər
Çox sevilən içki - kapuçino
Elçilik
Ramazan ayının 22-ci gününün duası
Disney qəhrəmanları onlardan ilhamlandı
HAVA necə olacaq?
Mumiyalar
İnsanın daha bir əcdadı tapılıb
Üzüklər
İtaliya sularında faciə: 203 ölü!
Aleyna Tilki reklam üçün 1,5 milyon aldı-VİDEO
Məşhur müğənni paylaşdığı FOTO ilə diqqət çəkdi
Azərbaycanda nazirlərin qadın müavinləri olacaq
Sürətli makiyaj necə edilir?
Bu da yeni Mercedes 600
Bakıda daha bir yol çökdü
Hədəfdə Android-dir
Azərbaycanda 4 bal gücündə zəlzələ oldu
İlk gümüş dollar rekord qiymətə satıldı
BÜRCLƏR bizə nə vəd edir? - 22 fevral
Çiyələkli tart
Günün ulduz falı
HAVA necə olacaq?- 11 APREL
Meymunlar şəhəri zəbt etdi
Hansı idman hərəkətləri ilə arıqlayıram
- ŞƏRHLƏR