1. Zəka inkişafını dəstəkləyin
Uşaqlarda zəka inkişafı, istedadı və bacarığı müəyyənləşdirən əsas faktordur. Xüsusilə, məktəb yaşındakı uşaqların inkişafını dəstəkləmək üçün fərqli üsullar tətbiq edilə bilər. Bunlardan ən təsirlisi zehni oyunlardır. Zehni oyunlarla onların inkişafına dəstək ola bilərsiniz.
2. Mümkün olduqca fərqli seçimlər təqdim edin
Uşağın istedadını kəşf etmək istəyirsinizsə, ona tək seçim yerinə bir neçə seçim təqdim edin. Onun seçimlərinə hörmətlə yanaşın və seçimlərini analiz edin. Qərar verərkən üstünlük verdiyinə diqqət edin. İstedadını kəşf etməsi üçün fərqli təcrübələr qazanması vacibdir.
3. Onu maraqlandıran mövzularla bağlı söhbət edin.
Uşağı azad buraxmaq onun istedadını kəşf etməsi üçün kifayət etmir. Eyni zamanda uşağın maraq dairələri haqqında söhbət etməlisiniz. Nə düşündüyünü öyrənməlisiniz.
4. Gözləntinizi artırıb stressə salmayın
Bir çox valideyn xəyallarını övladlarına yükləyir. Öz istəklərini onların üstündə həyata keçirmək istəyir. Uşaqlar bu istəklərə sahib olmadığı halda valideynin təzyiqi ilə onların dediklərini edirlər. Ona görə həvəssiz olurlar.