Qadin.NET / Uşağınızı ayrılığa öyrəşdirin

Uşağınızı ayrılığa öyrəşdirin

 

Bir yerə gedəcəyiniz zaman uşağınız sizi buraxmaq istəmirmi? Ya da məktəbdə, başqasının yanında qalmamaq üçün həddindən artıq reaksiyamı verir? Bir çox uşaqlar kimi sizin  uşaq da ayrılma qorxusu yaşaya bilər. 

Bu pozğunluğun əsas xüsusiyyəti uşağın bağlandığı şəxslərdən və ya evdən ayrılarkən həddən artıq narahatlıq duymasıdır. Əgər uşağın yaşını və əhval-ruhiyyəsini nəzərə alsaq, belə hallara tez-tez rast gəlinir. Onlar ayrıldıqları zaman artıq dərəcədə narahat olu, ağlayır, evdən ayrıldıqları zaman sevdiklərinə zərər dəyəcəyinə inanırlar. Yaxınları ilə tez-tez əlaqə yaratmaq istəyirlər. Buna görə sevdiklərindən və evlərindən ayrılmaq, valideynlərindən ayrı hər hansı bir ictimai mühitdə olmaq istəmirlər. Belə uşaqlar həm də tək qalmaq istəmirlər. Məktəbə getdikləri zaman və ya başqa ayrı mühitlərdə çətinlik çəkirlər. Analarını kölgə kimi izləyərlər. Yatmaq zamanı gəldikdə analarından ayrı yatmaq istəmirlər. Gecə başlarına gələ biləcək pis şeylərlə əlaqədar kabus görə bilərlər. Valideynlərindən ayrılacaqları zaman qarın ağrısı, baş ağrısı kimi əlamətləri özünü büruzə verə bilər.

Xüsusilə uşağın bağçaya və ya məktəbə başladığı dövrlərdə bu vəziyyət diqqətəçarpacaq dərəcədə artır. Uşaq qəti surətdə məktəbə və ya başqa hər hansı bir ictimai yerə getməkdən imtina edir.

 



 

Bəs nə etməli?

Valideynlər bu vəziyyəti psixoloq və dərmanlarla düzəltməyə çalışırlar. Uşağın yaşına uyğun psixoloji inkişafı baxımından bu cür problemlərin həll edilməsi çox əhəmiyyətlidir. Uşaqlarının bu cür vəziyyətinin daha əvvəldən fərqinə varan analar lazımlı tədbirlər görməlidirlər. Uşağı ictimai mühitə alışdırmağa, bəzən onu tək qoymağa, kiçik ayrılıqlara öyrəşdirməyə çalışmalıdırlar.

Bununla yanaşı, başqa problemlərin olub-olmadığı araşdırılmalıdır. Uşaqlıq çağı depressiyalarında, sosial fobilərdə, narahatçılıq vəziyyətlərində, zədə sonrası stress pozğunluğunda, ailəyə təsir edən stress amillərində bu cür bir vəziyyətə daha çox rast gəlinir və belə amillər ayrılma narahatlığı vəziyyətini daha da artırır.

 

 

 

24 oktyabr 2011
GO BACK