– Körpənin doğulmasının yeddinci günündə onun üçün əqiqə (qurbanlığı) etmələri müstəhəbdir.
– Oğlan uşağı üçün erkək, qız uşağı üçün isə dişi heyvan əqiqə edilməsi müstəhəbdir.
– Əqiqə etmək istədikləri heyvanın sağlam və kök (ətli) olması müstəhəbdir.
– Körpənin atası və onun çörəyini yeyən adamların əqiqənin ətindən yemələri məkruhdur. Bu məkruh körpənin anası üçün (Şeyx Vəhidə görə vacib ehtiyata əsasən) daha da şiddətlidir.
– Əqiqənin dörddə birini körpəni dünyaya gətirən kəsə verilməsi, dörddə üçünün isə möminlər arasında bölünməsi müstəhəbdir. Daha üstün odur ki, ondan vəlimə bişirsinlər (yəni qonaqlıq hazırlasınlar) və möminləri dəvət etsinlər.
– Əqiqənin sümüklərinin sındırılması məkruhdur. Daha üstün odur ki, onu sınmayacaq tərzdə oynaqlarından ayırsınlar.
– Əgər bir nəfər həddi-büluğ olsa və onun üçün əqiqə edilməmişsə, özü üçün əqiqə etməsi müstəhəbdir.
Farid Abdullah