Övladım niyə tərəvəz və ya meyvə yemir?
Yemək və bilinməyən yemək qorxusu, iki və ya altı yaşlı uşaqlarda rastlanan hallardandır. Uşaqlar şirin qidaları daha çox sevdikləri üçün tərəvəzləri dadsız hesab edirlər. Bunun nəticəsində, meyvə tərəvəz o qədər bəyəndikləri qida deyil. Valideynlər narahat olduğu üçün uşaqların meyvə tərəvəz yeməsini təmin etmək üçün düzgün olmayan yollara baş vuraraq inadkarlıq yaradır. Narahat olmadan, uşağı həvəsləndirərək meyvə və tərəvəz yeməyə təşviq etməyə çalışın.
Uşaqların gündəlik meyvə və tərəvəz yeməsi niyə vacibdir
Meyvə və tərəvəzlərdə vitamin, mineral və liflə zəngindir.
Meyvə və tərəvəzlərin tərkibində olan vitamin, mineral, lif və antioksindantın aşağıdakı faydaları var.
- Sağlamlığı qoruyur və xəstəliklərə qarşı qoruyur.
- Uşaqların sağlam böyüməsini və inkişafını təmin edir.
- Uşaqların immunitet sistemini gücləndirir və xəstəliklərə qarşı qorumağa kömək edir.
- Meyvə və tərəvəzlərdə olan qida maddələri xroniki xəstəliklərin qarşısını alır.
- Yüksək lif tərkibi həzm sisteminin düzgün işləməsinə kömək edir.