Qadin.NET / ƏMİZDİRMƏ dövründə ayda neçə kq arıqlamaq olar

ƏMİZDİRMƏ dövründə ayda neçə kq arıqlamaq olar

ƏMİZDİRMƏ dövründə ayda neçə kq arıqlamaq olar

Ana südünün təbiətdə ən dəyərli qida olduğunu hamımız bilirik.Yeganə məhsuldur ki,reklamı yoxdur.Körpələrin ilk 6 ayında hər ağladığında belə ana südü ilə bəslənməsi onlar üçün cox əhəmiyyətlidir.
Bu dönəmdə sadəcə ana südü ilə bəslənən körpələrin ətraf mühitə qarşı immuniteti daha güclü olur və bunun sayəsində bir çox xəstəliklərə qarşı qorunurlar
Analar məhz bu səbəb üçün arıqlamaq xatirinə özlərini təhlükəyə atmamalıdırlar.
Ana südü haqqında geniş bilik almaq üçün bu mənbələrdən faydalanın...

Ana Südü immunitet sistemini inkişaf etdirir

Körpəniz üçün ən mükəmməl qida Ana Südüdür

Anaların əmizdirməyi sevməsinin 15 səbəbi

Əmizdirmə uşaqları məktəbdə müvəffəqiyyətli edər


ƏMİZDİRMƏ dövründə ayda neçə kq arıqlamalaq lazımdır?

Körpənin ilk 4 ayında yarım,ya da 1 kq arıqlamaq normal sayılır.
Ana hamiləlikdə çox kilo almışsa, bu rəqəm 2kq da ola bilər.
Qeyd edim ki, normal hamiləlik zamanı gələcək ananın aldığı kilo 10-12 kq olmalıdır.
Bu rəqəmlər 18-30 kq arasındadırsa,hamiləlikdən sonra ananın da arıqlaması bir qəqər çətinləşir.Belə olan halda həkimin icazəsindən sonra yüngül yerimələrlə arıqlamağa başlamaq lazımdır.
Beləliklə əmizdirən analar ayda 2 kq-dan çox çəki itirməməlidirlər.Əmizdirən ananın yetərsiz və yanlış qidalanması onun sağlamlığına təsir edir ki, bu da südün keyfiyyəti və miqdarı ilə birbaşa əlaqadar olur.
Əmizdirən analar arıqlamaq istəyirlərsə,artıq hamiləlikdəki kimi nə iki nəfərlik qida
yeməli,nə də buna baxmayaraq sürətli çəki itirməməlidirlər.

Əmizdirmə sırasında normal çəki ehtiyacınıza əlavə olaraq 300-500 kalori çox qida almanız yetərlidir.
Hər gün 2,5 3 litr su içməyi ehmal etməyin.

Zülal yetərli miqdarda istifadə olunmalıdır.Həftədə iki dəfə balıq yeyilməsi ən gözəl variantdır.Süd,qatıq,pendir yeyilməsi də lazımlıdır.

B12 vitamini süd artışında əhəmiyyətlidir.Ən yaxşı mənbəyi isə yağsız qırmızı ət və yumurtadır.

Fol turşusu hamiləlik dönəmində önəmli olduğu kimi əmizdirmə dönəmində də lazımlıdır.Bu da yaşıl yarpaqlı tərəvəzlərdə vardır.

B vitamini tam taxıllar və quru paxlagillərdə vardır.

Maqnezium üçün fındıq

Dəmir üçün meyvə suyu,bəhməz,quru üzüm istifadə olunmalıdır.

Şirniyyat yemək istədiyiniz zamanlar südlü şirniyyatlara üstünlük verin,kompotları az şəkərli için.

Eləcə də baxa bilərsiniz:

Zamanı az olan analara idman hərəkətləri

Ana olmaq asandır,bəs sonra?

Körpələri tutma qaydaları

ATA olmağın məsuliyyətləri
14 may 2010
GO BACK