Qadin.NET / Uşaqların internetdən asılı olduğunu göstərən hallar

Uşaqların internetdən asılı olduğunu göstərən hallar

 

1. İnternet başında uzun müddət keçirirsə

Əgər övladınız kompyuter, planşet və ya telefonla saatlarla vaxt keçirirsə, ilk buna diqqət etməlisiniz. Bu bir müddətlik də ola bilər, asılılığın başlanğıcı da. Buna görə də, uşağınızın əhvalına, internetdə nə qədər vaxt keçirdiyini müşahidə etməlisiniz.

 

Uşaqların internetdən asılı olduğunu göstərən hallar

 

 

2. İnternetdən başqa heç nə ilə maraqlanmırsa

Uşaqlar nə qədər interneti sevsə də, diqqətini çəkən başqa fəaliyyətlər də olmalıdır. Məsələn, şəkil çəkmək, kitab oxumaq, cizgi film izləmək, futbol və başqa oyunlar. Əgər əvvəlcədən sevdiyi şeylərə belə marağı yoxdursa, demək internet asılıdır.

 

Uşaqların internetdən asılı olduğunu göstərən hallar

 

 

3. Səhər  oyanan kimi və axşam yatmadan əvvəl ilk iş internetə girməkdirsə

Uşaqlar internetdən asılı hala düşübsə, oyanan kimi və yatmazdan əvvəl internetə girir. Bu hamı üçün keçərlidir. 

 

Uşaqların internetdən asılı olduğunu göstərən hallar

 

 

4. İnternetdən uzaqlaşdırdıqda kəskin davranışlar sərgiləyirsə

Əgər övladınız internetdən uzaqlaşdırıldıqda, nə edəcəyini bilmirsə, hüzursuzluq göstərirsə, depressiv əhvala bürünürsə, internetdən asılı ola bilər.

 

Uşaqların internetdən asılı olduğunu göstərən hallar

 

13 oktyabr 2019
GO BACK