Qadin.NET / Boşanmanın uşaqlar üzərində təsirləri

Boşanmanın uşaqlar üzərində təsirləri

 

 

Boşanmanın yaş dövrünə görə uşaqların davranışlarında dəyişiklər:

Boşanmanın uşaqlar üzərində təsirləri

0-2 yaş qrupu

Bu dövrdə uşaqların heç nə anlamadığını düşünmək yanlışdır. Bu yaşda uşaqlar çox şeyi dərk edə bilirlər. Ayrılığı və dəyişikliyi dərk edə bilərlər.

 

3-6 yaş qrupu

Bu yaş digər yaşlara görə ən çox təsirlənən yaşdır. Bu dövrdə uşaq özünü ailənin mərkəzinə qoyar. Baş verən hadisələrə görə özünü günahkar hiss edər. Barmaq əmmək, dırnaq yemə, əsəbi davranışlar, yuxu və iştah problemləri, inadkarlıq, depressiya kimi hallar nümayiş oluna bilər.

Boşanmanın uşaqlar üzərində təsirləri

7-12 yaş qrupu:

Boşanma, uşaqlara açıqlıqla izah edilməlidir. Boşanmadan sonra müəlliminə məlumat verilməlidir. Boşanma ilə əlaqəli dərslərindən geri qala bilər, dostluq münasibətləri pozula bilər. Diqqət dağınıqlığı, özünə qapanma halları, ana və atanı günahlandırma ortaya çıxa bilər.

Boşanmanın uşaqlar üzərində təsirləri

Yeniyetməlik dövrü:

Bu dövrdə uşaqlarda fərqindəlik yüksək səviyyədə olur. Ana-atanı düşmən kimi görə bilərlər. Dərslərdə geriləmə, evdən qaçma, əsəb, siqaret və mənfi yollara düşə bilər. Dostları ilə problemlər yaşaya bilər. 


7 iyun 2019
GO BACK