Meyvələr: Kivi, banan və portağal
Əvvəlcə boşqaba orta qalınlıqda dilimlənərək kəsdiyiniz bananı yerləşdirin. Daha sonra portağaldan çox incə qabıq formasında dilimləyin və bananların altına qoyun. Sonra kiviləri kiçik parçalara ayırın, ən üst qata ağacın dalları formasında yerləşdirin.
Meyvələr: Armud, kivi, çiyələk, mandalin, qaragilə, üzüm
Böyük boşqaba yerləşdirin. Armudun yarısı ilə başlayın. İkiyə böldüyünüz armudun üz tərəfini boşqaba qoyun. Daha sonra göz zövqünüzə görə qagilə, sarı üzümləri, çiyələkləri və mandalinləri yerləşdirin. Çiyələklərin üstünə təxminən 10 ədəd kivi səpin.
Meyvələr: Mandalin, ananas, banan, qaragilə
Böyük qabın içinə mandalinləri dairə formasında yerləşdirin. Daha sonra uçbucaq formada dilimlədiyiniz ananasları dairəvi formada qoyun. Göz olacaq formada 2 banan qoyun. Qaragiləvə üzümləri bananın üstünə qoyun və ekstra 2 yuvarlaq dilimi də qulaq formasını verin. Qalan yerlərdə isə zövqünüzə görə forma verin.