Qadin.NET / "Zəhərli ana" xarakteri nədir?

"Zəhərli ana" xarakteri nədir?

"Zəhərli ana" xarakteri

"Zəhərli ana" xarakteri nədir?

1. Həmişə övladından narazıdır

2. Uşağa sevgi vermir, xüsusilə fiziki, yəni bədən sevgisi (öpmək, qucaqlamaq, sığallamaq)

3. Uşaqla danışdıqda onun gözlərinə baxmır.

4. Passiv aqresiyalıdır (küskünlük, utanc və günah hissilə manipulyasiya edir)

5. Ümumi nəzarət

6. Həm uşağın, həm özünün sərhəd və meyarlarına hörmətsiz yanaşma

7. Nqativ emosiyalara qadağa qoymaq

8. Sevinc və şənlik təzahürlərinin qarşısını almaq (gülmə, yoxsa ağlayarsan)

9. Sən ananın ən yaxşı rəfiqəsisən: problemləri açıb tökmək, şəxsi münasibətləri övladla paylaşmaq

10. Özünü pis hiss etdikdə, yaxud əhvalı olmadıqda uşağı səbəbkar bilir.

11. Sizdə qorxu yaradaraq, sizi idarə edir.

"Zəhərli ana" xarakteri nədir?

12. Münasibətlərə pul məsələlərini qatır. Sizi və başqalarını pul ilə manipulyasiya etmək istəyir.

13. Qayğı tələb edir və daim irad bildirir.

14. Böyüməyə və öz həyatını yaşamağa imkan vermir.

15. Dostların və yaxınların yanında sizi alçaldır, yad adamların yanında tənqid edir.

16. Konflikt ərzində sizə məhəl qoymur, günlərlə susur və gözə baxmır.

17. Eyhamla, işarə ilə danışır. Başa düşülmədikdə isə küsüb inciyir.

18. Çətin anlarda uşağını dəstəkləmir, əksinə, "Nə fərsiz uşaqsan sən?" deyir.

19. Əri və ya hansısa bir kişi ilə münasibətini düzəltsin deyə, uşağı ilə manipulyasiya etməyə hazırdır.

20. Qazanılan uğurları gözardı edir, uğursuzluğu dinləyir və hətta dəstəkləyə də bilir

 

Farid Abdullah

28 aprel 2019
GO BACK