Qadin.NET / Mükəmməl ata olmaq üçün...

Mükəmməl ata olmaq üçün...

 

Onunla söhbət edin

Övladınızla bağınızı gücləndirmək istəyirsinizsə, onunla həmsöhbət olmalısın. Onun problemlərini öyrənin, problemlərini həll etmək üçün ona dəstək olun. Sadəcə suallarını cavablandırmayın, onunla maraqlanın. Dostlarını, məktəbini, bütün gününün necə keçdiyini soruşun. Onu dinləməyi öyrənin.

 

Mükəmməl ata olmaq üçün...
 

 

 

Ona dəyər verdiyinizi göstərin

Övladınızı sevdiyinizi ona göstərməlisiniz. Onu çox sevdiyinizi söyləməkdən heç vaxt çəkinməyin. Mükəmməl ata və övlad münasibəti yaratmaq istəyirsinizsə, onunla çox vaxt keçirin. Ona hədiyyə almağı unutmayın.

 

Mükəmməl ata olmaq üçün...

 

 

Onu həyata hazırlayın

Onu həyata hazırlayarkən, bir nümunə olduğunuzu unutmayın. Övladınız qız və ya oğlan olmasının fərqi yoxdur, nümunəvi bir insan olmağı unutmayın. Sevmədiyinizi xüsusiyyətlərinizi azaltmağa çalışın. Ona qarşı mehriban və mədəni olun.

 

Mükəmməl ata olmaq üçün...

 

 

Sərhədlərinizi müəyyənləşdirin

Yaxşı ata olmaq həmişə "hə" demək deyil. Bəzən ona "xeyr" deməyi də bacarın. 

 

Mükəmməl ata olmaq üçün...

 

8 aprel 2019
GO BACK