Uşağınızın dırnağını kəsmək üçün ən uyğun vaxt onun yatdığı zamandır. Digər uyğun vaxt isə uşağınızı çimizdirdikdən sonradır. Çünki ilıq duşdan sonra dırnaqlar yumşalır. Dırnağı kəsərkən otağın işıqlı olduğuna diqqət yetirin. Mütləq uşaq üçün nəzərdə tutulmuş alətlərdən istifadə edin. Dırnaq kəsərkən uşağın ətinə diqqət edin. Dırnağı yuvarlaq şəkildə kəsməyiniz daha yaxşıdır.
Dırnağı duşdan sonra kəsmək olar:
Duşdan sonra körpəniz rahat və sakit olur. Həm də yumşalmış dırnaqlar daha rahat kəsilə bilər.
Uşaq yatarkən dırnaq kəsmək olar:
Adətən, bir yaşını keçən uşaqlar dırnaqlarını kəsdirmək istəmirlər, onlar dırnaqlarını bədənlərinin bir parçası kimi görürlər. Dırnağı uşağınız yatarkən kəsməniz bu cəhətdən işinizi rahatlada bilər. Bu prosesi iki gün edə bilərsiniz, yəni bir gün bir əlinin, o biri gün digər əlinin dırnaqlarını kəsin.
Uşaqların xüsusilə ilk həftələrdə uzanan və kəskin olan dırnaqlarına diqqət edin. İlk həftələrdə uzanan dırnaqlar körpənizə ziyan verə bilər. Belə ki, tədbir görülməsə, körpəniz dırnağı ilə üzünü, vücudunu cıza və zərər yetirə bilər. Belə zamanlarda dırnağı uzandıqca kəsmək və uşağınıza əlcək geyindirmək məsləhətdir.