Qadin.NET / Gəlin övladlarımızı qoruyaq

Gəlin övladlarımızı qoruyaq


Əziz analar gəlin övladlarımızı yanğından qurtaraq,qoruyaq, evdə tək qoyub hec bir yerə getməyək.13.09.2011-ci ildə Samux rayonunda bədbəxt hadisə baş verib.1-2 yaşındakı uşaqlarını evdə valideyinlər tək qoyub iş dalınca gediblər və bədibəxt hadisə onda baş verib.Ev yanıb iki qardaş bir-birinə sarılaraq can veriblər.Mən eşidəndə pis oldum və dəhşətə gəldim.Allah atası və anasına səbr versin.
Gəlin qayçıdanda qoruyaq.Dəfələrlə ağlayan 3 yaşlı oğlan uşağına,anası deyirmiş, ağlama bax cinsiyyət orqanını kəsərəm.Günlərin birində ana 3 yaşlı övladını 6 yaşlı qızının yanında qoyub gedir.3yaşlı uşaq o qədər ağlayır ki, 6 yaşlı uşaq anasının dediyi sözə əməl edərək qardaşının cinsiyyət orqanını kəsərək öldürür. 
  Gəlin paltar yuyan maşından da qoruyaq.Yenə bədbəxt bir hadisə.Ana iki az yaşlı uşağını evdə qoyub dükana gedir.Böyük qardaş kiçik qardaşını paltar yuyan maşına qoyur oynamaq üçün.Hərəkətə düşən maşın uşağı o qədər fırladır ki,uşaq qanlar içərisində olur.Bunu görən böyük oğlan anasının dalınca gedərkən yolda maşın vurur ölür.Allah hər kəsi bədbəxt hadisədən qorusun.Gəlin sadəcə diqqətli olaq və övladlarımızı nəzərimizdən çəkməyək.
19 sentyabr 2011
GO BACK