Qadin.NET
/
Həddən artıq qorunan uşaqlar məktəbə gec öyrəşir
Həddən artıq qorunan uşaqlar məktəbə gec öyrəşir
Uşaqlar məktəb zənginin çalınmasıyla yeni bir həyata addım atır. Ancaq yeni başlanğıclar hər bir uşaq üçün asan olmur. Bəzi uşaqlar valideynlərindən çətin ayrılır və psixoloji çətinliklər yaşayır. Uşağa ailəsindən ayrı qalacağı və ya onları itirə biləcəyi ilə bağlı qorxu yaşadır. Üstəlik, səhv sözlər və davranışlar uşaqlara ciddi mənfi təsirlər yarada bilər.
Məktəb qorxusuna daha əvvəl ata-anasından ayrılmayan uşaqlarda daha çox rast gəlinir. Bu uşaqların qayğı səviyyələri olduqca yüksəkdir. Daha əvvəl sərbəstlik verilməyən, həddən artıq qorunan və müstəqilliyini inkişaf etdirməsinə icazə verilməyən uşaqlarda da daha çox rast gəlinir.
İlk gün necə davranmalı?
* Uşağınızı səhər qucaqlayaraq oyandırın.
* Geyinməsinə və dişlərini fırçalamasına kömək edin.
* Yemək yedizdirin.
* Birlikdə məktəbə gedin.
* Pəncərədən sizə "Sağ ol" deməsini istəyin.
* Uşaqlar ata-analarının nə hiss etdikləri mövzusunda həssasdır və narahat oduqlarını dərhal anlayırlar. "Sağ ol" deyərkən sizin əhvalınız onun ağlamasına, ya da qaçaraq xoşbəxt bir şəkildə məktəbə yönəlməsinə təsir edər. Bu səbəblə gülümsəyin, sakit və konstruktiv səs tonuyla danışın.
* Narahat olduğunuz hiss edilirsə, uşağınız belə bir mesaj alır: "Məktəbə getməyimlə əlaqədar anamı narahat edən bir şey var".
* Bütün bu yanaşmalar müvəffəqiyyətsizliklə nəticələnərsə, yardım alın.
Uşaq məktəbə getmək istəmirsə, onun təqvim yaşı ilə yanaşı, fiziki və ruhi inkişafının məktəbə getməyə hazır olub-olmadığı da qiymətləndirilməlidir. Bəzi uşaqlar daha gec yetkinləşir və məktəb üçün bir il daha gözləmək lazım gəlir. Ancaq höcətlik, ya da qayğı ilə əlaqədar hər hansı istəksizlik varsa, bu problemi həll etməyə çalışmaq lazımdır. Belə vəziyyətlərdə gecikmə 2-3 il olsa da, məktəbə başladığı zaman eyni reaksiyaları verməsinin qarşısı alınır.
Doğru yanaşma necə olmalıdır?
Müsbət cümlələrlə uşağınızı məktəbə hazırlayın. Bu cümlələri oyun əsnasında və ya söz arasında söyləyə bilərsiniz. Xüsusilə qarşılıqlı oturub ciddi bir şəkildə danışmağınıza ehtiyac yoxdur.
* "Məktəbdə bir çox dostun olacaq, nə qədər maraqlıdır, eləmi?"
* "Görəsən, neçə dənə yeni oyun öyrənəcəksən, mənə də öyrədərsən, evdə birlikdə oynayarıq".
* "Məktəbə gedərkən müəlliminə ən sevdiyin şəklini, ya da oyuncağını göstər, əminəm ki, o da bəyənəcək".
* "Sən məktəbdəykən fikrim həmişə səndə olacaq, amma orada əyləndiyini bilmək məni də xoşbəxt edəcək".
Ən çox yol verilən xətalar
* Uşağınıza qorxusunu dəf etməsi üçün "Qorxma!" deməyin! Uşağınız bunu məktəbin qorxulacaq bir yer olması kimi anlaya bilər. "Qorxma, iynə heç ağrıtmayacaq" deyildiyi zaman iynənin ağrıtdığı kimi.
* "Narahat olma, mən yanındayam, səni əsla buraxmaram". Bu cümlənin uşağınız "Əgər icazə versələr, yan otaqda səni gözləyəcəyəm, amma mən də əmin deyiləm" kimi anlaya bilər.
* "Səni əsla məktəbdə unutmaram və ya buraxmaram. Mən unutsam, atan, xalan və ya baban səni gəlib aparar". Bu cümlənin uşağının zehni belə qəbul edir: "Səni məktəbdə unutma ehtimalim var, inşallah, səni götürən biri tapılar".
* Əgər "Məktəbə getmək istəyirsən?" - deyə soruşsanız, uşağınız bunu belə qəbul edə bilər: "Məktəbə getmək və evdə etdiyin şeyləri (TV-yə baxmaq, oyun oynamaq kimi) davam etdirmək haqqın var. Mən sənin yerində olsam, seçim edərdim".
15 sentyabr 2011
GO BACK