Qadin.NET / Uşaqlarda yalanın səbəbləri

Uşaqlarda yalanın səbəbləri

 

Cəzalandırılmaqdan qorxmaq

 Uşaqların yalana baş vurmasının ən əsas səbəbi cəzalandırılmaqdan qorxmaqlarıdır. Uşaqlar çıxılmazda hiss etdikdə yalan danışarlar. Səhv etdikdə çox sıxıntıya məruz qalırsa və sərt reaksiya ilə qarşılaşırsa, yalan deməyə başlayacaq. 

 

Uşaqlarda yalanın səbəbləri

 

Bəzən xəyal qurarlar

Digər tərəfdən yalan və xayal qurmaq fərqlidir. Bəzən olduqları əhvala və psixoloji vəziyyətə görə xəyali hadisələr uydurub, onları real kimi danışarlar. Onların məqsədi yalan və ya aldatmaq deyil. Əgər həddindən artıq çox xəyali hadisələrdən danışırsa, səbəbləri araşdırılmalıdır.

 

Uşaqlarda yalanın səbəbləri

 

Təsdiq edilmək üçün

Ana və atanın, dostlarının və müəlliminin onları sevmədiyini düşünən uşaqlar, özləri dəyərsiz hiss edib, başqalarını diqqətini və təsdiqini əladə etmək üçün etmədikləri etdirmiş kimi danışarlar. Məsələn, qarnı ağrımadığı halda qarnı ağrıdığını, qiymətləri pis olduğu halda yaxşı olduğunu qeyd edərlər. 

 

 

Uşaqlarda yalanın səbəbləri

 

Necə davranmalı?

 

-Uşağınız yalan dedikdə həmin an onu günahlandırmaq, əsəbləşmək və həddindən artıq reaksiya vermək düzgün deyil.

-Uşağı yalançılıqla ittiham etmək və onu qorxutmağa çalışmaq yalana davam etməsinə səbəb ola bilər. Məqsədiniz onu cəzalandırmaq yox, səhvini başa düşməsini və düzəltməsini təmin etmək olmalıdır.

- Uşağın niyə yalan dediyini anlamağa çalışaraq, yalançılığa itələyən səbəbləri də aradan qaldıra bilərsiniz. Bəzən ana və atanın davranışları uşaqları yalana təşviq edər. 

 

Uşaqlarda yalanın səbəbləri

 

 

- Bəzən ana və atalar uşaqlarının potensial olaraq yalan danışdıqlarını düşünərlər və uşaqlarına inanmazlar. Uşaq doğruları dedikdə " yalan deyirsən" deyə günahlandırarlar. Bu halda yalan vərdişə çevrilər.

30 may 2019
GO BACK