Elm adamlarının apardıqları araşdırmalara görə, indiki zamanda uşaqlar daha az hərəkət edir və kifayət qədər məşq etmirlər. Mütəxəssislər valideynlərin uşaqlarını fəal olmağa həvəsləndirə bilmədiklərini ifadə edirlər. 1600 valideyn arasında aparılan sorğuya əsasən, yaşı 5-10 arasında dəyişən uşaqların 58%-i həftədə 4 gündən az çöldə oynamaqla vaxt keçirirlər. Bu vəziyyətin səbəbi isə irəliləyən texnologiyaya bağlıdır. Valideynlər uşaqların küçədə olmasındansa evdə göz önündə kompüterin və ya televiziyanın qarşısında vaxt keçirmələrini seçirlər. Alimlər isə hərəkətli həyatın çox əhəmiyyətli olduğunu, çağımızın problemi olan piylənmədən qorunmanın ən əhəmiyyətli vasitəsinin hərəkət etməklə bağlı olduğunu ifadə edirlər. Uşaqlar üçün ən əhəmiyyətli fiziki fəaliyyətlər isə oyunlardan keçir. Yaşanılan ətraf mühit küçə oyunlarına uyğun olmasa da, uşaqla birlikdə çıxılacağınız gəzinti və ya yürüş belə fərq yaradacaq. Ayrıca, lift əvəzinə pilləkənlərdən istifadə etmək də hərəkəti artırmaqdadır.
Yeni nəsil telefonlar, kompüterlər və televiziya uşaqların uzun müddət hərəkətsiz qalmasına səbəb olur. Mütəxəssislər ata-anaların üzərinə böyük vəzifə düşdüyünü ifadə edirlər. Valideynlər uşaqlar üçün əhəmiyyətli nümunə olduqlarını unutmamalı, həm özlərinin, həm də uşaqlarının sağlamlığı üçün hərəkətli həyat tərzi keçirməsinin böyük əhəmiyyət daşıdığını bilməlidirlər. Uşaqlarına hərəkətli olmaları üçün lazım olan mühiti yaratmaqla onların fəal şəkildə böyümələrini dəstəkləmək lazımdır.