1. Sevgi dolu atmosfer
Uşaqlar sevgi dolu bir mühitdə özlərini asanlıqla ifadə edə bilərlər. Özgüvənin birinci göstəricisi, özünü ifadə etmə bacarığıdır. Uşaqlar ancaq bu şərtlər altında özlərini ifadə edə bilərlər.
2. Uşaqların dediklərini dinləmək və diqqətə almaq
Problem sizin gözünüzdə kiçik görünsə də, problem onun gözündə böyümədən hərəkətə keçməlisiniz. Diqqətə alındığını kiçik yaşlardan dərk edən uşağın özgüvəni güclü olar.
3. Məsuliyyət yükləməmək
Yaşını və psixologiyasına uyğun məsuliyyətlər yükləyin. Məsuliyyətin dəstəyi ilə özgüvən sürətli inkişaf edəcək. Məsuliyyətlərini yerinə yetirərkən diqqət izlənməli, lazım gələrsə kömək edilməlidir.
4. Qiymətləndirmək
Uşağınız əmək sərf etdiyi işin qiymətləndirilməsini istəyər. Sərf etdiyi əməyə görə diqqət görmək onun motivasiyasını artıracaq.
5. Səhvləri başa düşün
Kiçik səhvlərə görə onu şiddətli mühakimə etməyin. Hər insan etdiyi səhvlə doğruları öyrənir. Bu ona qarşılaşdığı problemlərlə necə baş etməli olduğuu göstərir.
6. Müqayisə etməkdən əl çəkin
Uşaqlar başqaları ilə müqayisə edilməyi sevməz. Başqaları ilə müqayisə etməyə davam etsəniz, xarakterində mənfi hallar formalaşacaq.