Çanta seçimi necə olmalıdır?
Xüsusilə, 8-18 yaş arasındakı uşaqlarda onurğa formalaşmağa başladığı üçün bel-kürək və çiyin ağrıları, beldə əyrilik, ağciyər sıxılması kimi baş verməməsi üçün çantar alarkən aşağıdakı tövsiyələri nəzərə alın.
1. Bacardıqca balaca kürək çantaları seçilməlidir. Hər növ aksesuarın çantanın ağırlığını artıracağını unutmayın.
2. Beldən 5 santimetr yuxarıda qalan çantaları seçin. Aşağı düşməsi daha çox ağırlıq yaradır.
3. Bel və çiyin tərəflərində çantada yumşaq qoruyucular olmalıdır, bu yükü azaldacaq.
4. Yaşı nisbətən balaca olan uşaqlarda ekstra bel kəmərləri ağırlığı azalda bilər.
5. Təkərli çantalar daha faydalıdır. Uşaqların yüklənməsinə mane olar.
6. Çanta uşağın ağırlığının 10%-ni keçməməlidir. 40 kiloqramlıq uşaq maksimum 4 kiloqramlıq çanta götürə bilər.