Uşaqlarınızı qorumaq üçün aşağıdakı tövsiyələrə nəzər salın.
- Övladınıza belə deyin: "Bədənin sənə aiddir. Sən istəmirsənsə, heç kim sənə toxuna bilməz. Əvvəlcədən icazə almalı, anan və atan olsaq belə əvvəlcə icazə almalıyıq."
- " Bədənimizdə şəxsi bölgələrimiz var. Bu bölgələri alt paltarı ilə örtürük. Bu bölgələrə heç kimin toxunmağına icazə verməməliyik. Ana, ata, dayə və həkimdən başqa heç kimə göstərməməliyik."
- Uşaqların cinsi orqanlarının mütləq "əsil" adını deməliyik. "Uşaqlar başa düşməz" deyərək qəribə və gülməli adlar istifadə etməməliyik. Cinsi istismar zamanı qəribə və gülməli adlar istifadə edilir.
- Uşaqlarınız cinsi orqanlardan danışdıqda "ayıb, günah " deyərək susdurmayın. İstismar edənlər uşaqları " ailənə deyərək" deyərək təhdid edirlər.
- Hər qohum-əqraba etibarlı deyil. Uşaqlarınızı təşvişə salmadan, " ona tez-tez hədiyyə alan, " sirr saxlamasını istəyən, " fiziki zarafat və istənməyən davranışlar sərgiləyən" yaxınlar haqqında ailəsinə danışmaq üçün qaydalar tərtib etməli.