1. Şikayət etməkdən əlçəkin
Uşaqlarımıza mənfi duyğular yükləyirik. "Ora heç vaxt vaxtında çatmayacağıq.", "Səndən heçnə olmayacaq." Bu formada mənfi duyğular yükləyərək pessimist insan yaradırıq. Ancaq bilməliyik ki, biz nə qədər pis keçən gündən və ya problemlərdən şikayət edən bir valideyn olsaq, uşaqlarımız da bunu bizdən miras götürəcəkdir.
2. Gözləntilərinizi yüksəltin
Uşaqlarımıza iş verərək, onları həyata daxil edərək və əsasən onların edə bilyəcəklərini düşündüyünüz şeyləri etmələrini icazə verərək, özləri ilə bağlı ümid, uğur, yoxlama, səhv edərək kimi anlayışlarla tanış olmağa kömək edə bilərik. Günün sonunda yaşadıqları ilə bağlı müsbət fikirlərlə, inkişafını dəstəkləyə bilərik. Çünki uşaqlara icazə verməsək əsla "edə bilərəm, bacamaram" deyə bilməyəcəklər.
3. Risk almağına dəstək olun
Əgər uşağınızın yeniliklər etməsini, risk almağını dəstəkləməsəniz, heç bir zaman özgüvən duyğusunu inkişaf etdirə bilməyəcəkdir. Beləliklə də həmişə pessimist, heç vaxt bacara bilməyəcəyini düşünən uşaq böyüdəcəksiniz.
4. Reaksiya vermədən əvvəl gözləyin
Uşaqlarla bağlı mövzularda reaksiya vermədən əvvəl gözləyin. Uşağınızı dinləyin, öz reaksiyanızı bildirmədən əvvəl uşağınızın nə reaksiya verəcəyini izləyin. Daxilinizdəki "ana-ata"nı kənara qoyaraq, onun sizin tərəfinizdən gələcək ön mühakimələr olmadan, öz fikirləri ilə həll yoluna çatmasına icazə verin.
5. Mübarizəsini dəstəkləyin
Uşaqların bəzən belə dediklərini eşidirik: "Riyaziyyatdan çox pissəm", "Pis futbol oynayıram". Bu cür vəziyyətlərdə uşaqlara valideynin verə biləcəyi reaksiyalar çox əhəmiyyətlidir, çünki uşaq burda əslində sual verməkdədir. Uşağınızın bu pessimist suallardan xilas olması üçün bu cavabları verə bilərsiniz. "Aa, elə şey olar?" kimi reaksiyalar əvəzinə "Məndə sənin yaşda olarkən çox çətinlik çəkmişdim".