Qadin.NET / Boşananlar uşaqdan imtina edirlər

Boşananlar uşaqdan imtina edirlər

Boşanma nisbəti son beş ildə tam yüzdə 40 artdı. Mütəxəssislərə görə də artıq ana-atalar uşağın vəlayətini istəmir, 'Uşaq səndə qalsın' deyir. Bu tablo  ən böyük faktor olaraq  dolanışıq çətinliyindən də irəli gəlir.

Boşananlar uşaqdan imtina edirlər

 

Artan boşanma nisbəti, bir başqa mənfi inkişafı da özü ilə gətirir. Keçmiş illərin əksinə çoxu ana-ata, uşaqların vəlayətini almaq yerinə qarşı tərəfə vermək üçün çalışır. Türkiyə Statistik Təşkilatının (TÜİK) məlumatlarına görə, 2009-cu ildə 114 min 499 ailə, Ailə Məhkəməsinə müraciət edərək evliliklərini bitirdi.

Boşananlar uşaqdan imtina edirlər

Bu rəqəmlər keçdiyimiz illərə nisbətlə böyük bir artımın işarəsi oldu. Son beş ildə boşanma hadisələrində yüzdə 40-a çatan ciddi bir artım meydana gəldiyi ifadə edildi. Hüququn Suverenliyi Dərnəyi (HED) Başçısı Vəkil Ərdəm Axıq da cədvəli belə yekunlaşdırdı:
Boşanmaların ən əhəmiyyətli səbəbi, iqtisadi böhranla birlikdə artan şiddətli dolanışıqsızlıqdır. Lakin son dövrdəki boşanmalarda uşaq vəlayəti anlayışı da dəyişdi. Əvvəllər uşağın vəlayətini almaq üçün iddia açan ana və ata indi isə uşağın vəlayətini üzərindən atmaq üçün iddia açmağa başladı." Vəkil Axıq, bu vəziyyətin səbəbi olaraq da dolanışıq çətinliyini göstərdi.

Boşananlar uşaqdan imtina edirlər

Ailə məhkəmələrinin iddialara yetişə bilmədiyini də əlavə edən vəkil Ərdəm Axıq belə davam etdi: "Bundan bir neçə il əvvəlinə qədər Ankarada beş dənə Ailə Məhkəməsi tapılarkən, indiki vaxtda iki qat çoxalaraq on birə çatdı.
Məhkəmə sayındakı bu artıma baxmayaraq hələ böyük bir sıxlıq yaşanır. Boşanma hadisələrindəki artıma on bir ailə məhkəməsi də yetişməməyə başladı. Məhkəmə qarşısında uzun növbələr meydana gəldi.

28 avqust 2011
GO BACK