Qadin.NET / Körpələr hələ 3 aylıqkən duyğuları hiss edir

Körpələr hələ 3 aylıqkən duyğuları hiss edir

 

Körpələr hələ 3 aylıqkən duyğuları hiss edir

 

Körpələrin hələ üç aylıq ikən insan səsindəki duyğulara reaksiya verə bildiyi bildirildi.
Yatan 21 körpənin beyin daraması nəticələrinə görə, beynin verdiyi reaksiyalara səsin şəkli əhəmiyyətli rol oynayarkən, körpələr düşünüldüyündən çox erkən bir dövrdə ,hələ üç aylıq ikən insan səsindəki duyğulara reaksiya verə bilir.
BBC-nin əks etdirdiyi araşdırmada, insan beyninin səs və duyğu qabiliyyətini nə vaxt inkişaf etdirdiyini  əvvəldən açıq olmadığı ifadə edilərək, elm adamlarının maqnetikrezonans göstərmə (MR) qurğu istifadə edərək, körpələrin arxa plandakı su və oyuncaq səslərinin yanında gülmək və ağlamaq kimi romantik səslərə necə reaksiya   verdiyini yaddaşda saxlanıldığı ifadə edildi.
Xəbərdə ayrıca, elm adamlarının otizm olan və otizm olmayan beyin arasında fərqləri öyrənməyi ümid etdiklərinə diqqət çəkilir.
Mənfi ya da kədərli səsləri hiss edirlər
Araşdırmada, körpələrin beyninin temporal lobunun yetkinlər kimi insan səsi qarşısında hərəkətə keçdiyi ifadə edilərək, qorxma, hirslilik, sevgi, təcavüzkarlıq kimi bir çox duyğunun mərkəzi olan temporal lobun orta qisimində iştirak edən limbik sistemin mənfi ya da kədərli səslərə reaksiya verdiyi ancaq neytral və xoşbəxt səsləri ayıramadığı bildirilir.
BBC-yə danışan London King 's Universitetində vəzifə yerinə yetirən Professor Declan Murphyun, "Bu görüş körpələrin inkişafını anlamamızda təməl bir irəliləmədir"dediyi vurğulanır.

 

2 sentyabr 2011
GO BACK