Qadin.NET / Ana və ata münasibətinin uşağa təsiri

Ana və ata münasibətinin uşağa təsiri

 

Cütlüklər arasında yaşanan bəzi hadisələr çox vaxt mənfi təsiri yarada biləcəyi üçün gizlədilir. Yaşanan mənfi hadisələri hər şey yolundaymış kimi göstərməyə çalışmaq yaxşı niyətlə belə olsa uşağa zərər verir.

 

Ana və ata münasibətinin uşağa təsiri

 

 

Əgər uşaq ondan nəsə gizlədildiyini fərq edərsə, bu daha da stresli bir hala gətirib çıxara bilər. Özünü dəyərsiz olaraq görə bilər və kədərlənməməsi üçün gizlətdiyinizi his edərək özünü günahlandıra bilər. Düzgün formada deyildiyi halda, insana xas heç bir duyğunu uşaqdan gizlətməyə ehtiyac yoxdur.

 

Ana və ata münasibətinin uşağa təsiri

 

 

Əsəbin uşaqlara təsiri

Ana və ataların aralarında olan narazılıq münaqişəyə çevrilərsə, bu vəziyyət həm cütlüklərin bir-birilərinə olan bağlarını zəiflədir, həm də uşaq üçün riskli və qeyri-sağlam vəziyyət yaradır.

Uşaq, duyğularını söyləməsinin mənfi nəticələnəcəyini düşünərək öz duyğularını gizlətməyə, içinə atmağa başlaya bilər. Hətta tam əksinə, əsəbini şiddətlə göstərməyin problem həll etmə üsulu olduğunu düşünərək şiddətə meyilli bir fərd olmaq yolunda iləriləyə bilər.

 

Ana və ata münasibətinin uşağa təsiri

 

 

27 may 2018
GO BACK