0-3 yaş arası
Bu yaş qrupundakı uşaqlar, böyük şəkilli və parlaq rəngli kitabları sevirlər. Səsli kitablar da diqqətlərini çəkə bilir. Kitab seçərkən tüklü, rəngli parçalardan olan kitabları seçməlisiniz.
3-4 yaş arası
3-4 yaş arasındakı uşaqlara boyama, kəsmə, qatlama, yapışdırma bacarıqlarını inkişaf etdirən kitablar alınmalıdır. Bu prosesdə valideynlər uşaqlarına kömək etməlidirlər.
4-5 yaş arası
Uşağı məktəbə hazırlayan, vərdiş yaradan kitablar alınmalıdır.
5-6 yaş arası
İçində təbiət əlaqəli mövzulardan bəhs edən kitablar, bu yaşdakı uşaqlara daha çox uyğundur. Bu yaşda uşaqlara seriya şəklində olan kitablar da alına bilir.