Əziz valideynlər, uşağınızın vunderkind olub-olmadığını öyrənmək üçün Sizə bir test təqdim edirəm:
- Sizin uşağınız 6 yaşına qədər oxumağı öyrənib: sərbəst – 7 xal, kömək vasitəsilə — 5 xal.
- Çoxlu kitab oxuyur, həm də tez — 2 xal.
- Tək və ya kimsənin köməyi ilə lüğət və ensiklopediyalarla maraqlanır – 2 xal.
- Oxumağı tez öyrənib, lakin oxuduqda bir az çətinlik çəkir — 1 xal.
- Sərbəst olmağı xoşlayır, dostları da bir qayda olaraq özündən böyükdür — 2 xal.
- Özündən böyüklərlə ünsiyyət qurmağa üstünlük verir— 2 xal.
- Böyükləri daim qəribə sualları ilə çıxılmaz, çətin vəziyyətə salır — 2 xal.
- Onun hər suala, hətta gözlənilməz suallara belə cavabı hazırdır — 1 xal.
- Bəzən fikirləri dağınıq olsa da, həmişə təəccüblü ümumiləşdirmə apara bilirlər(məsələn, kinoya və ya hansısa Tv verilişinə baxdıqdan sonra, və s.) — 2 xal.
- Məmuniyyətlə, bizi əhatə edən ətraf mühit haqda söhbətlərə qoşulub, öz fikirlərini deyə bilərlər — 1 xal.
- Müxtəlifliyi sevir, ənənəvi işlər - qabların yuyulması, yerlərin silinməsi, çox güc tələb etməyən dərs tapşırıqları ona darıxdırıcı gəlir — 1 xal.
- İstənilən ədalətsizliyə qarşı həssasdır, hətta bu onun özünə aid olmasa belə - 2 xal.
- Zarafat etməyi xoşlayır və yumor hissinə malikdir – 2 xal.
- Zəngin söz bazası var və danışanda çox məharətlə müxtəlif terminlərdən istifadə edir – 2 xal.
- Müəyyən yaradıcılıq, ixtiraçılıq tələb edən çətin oyunları (şahmat və s.) xoşlayır – 2 xal.
- Özündən yuxarı sinif şagirdlərinin dərsləri ilə maraqlanır – 1 xal.
- Müxtəlif işlərlə məşğul olmağı, bununla belə hər şeyi özü sərbəst etməyi xoşlayır — 2 xal.
- Onu bütün kainat, yaradılışı, tarixlə əlaqədar hər şey maraqlandırır— 2 xal.
- Məktəbdə heç bir çətinlik çəkmədən dərslərini oxuyur, mövzuları tez qavrayır və 1 çox məsələlərdə özünün xüsusi rəyləri var – 2 xal.
-
Yüksək dərəcədə musiqi, tətbiqi incəsənət, ətraf mühitlə maraqlanma hissi inkişaf edib, və hər şeydə harmoniya axtarır — 2 xal.
İndi də xalları hesablayaq. Əgər toplanan xalların sayı 10 – 13 arası olsa deməli, Sizin uşağınızın xüsusi bacarıqları var. Qısası olaraq, uşağınızın qayğısına qalmaq artıq sizin öhdənizə düşür. Çünki bu cür uşaqları olan valideynlər daha diqqətli olmalıdı, dahi uşaqlara baxmaq, onların bu istedadlarını inkişaf etdirmək elə də asan deyil.