Qadin.NET / İşləyən qadınlar uşaqlarına vaxt ayıra bilmirlər

İşləyən qadınlar uşaqlarına vaxt ayıra bilmirlər

 

İşləyən qadınlar arasında aparılmış sorğuya görə, işləyən qadınların 90 %-i işlədiklərinə görə uşaqlarına vaxt ayıra bilmədiklərindən,  85 %-i ailə və ictimai həyatının məhdudlaşdırıldığından şikayətlənib.

Çalışan qadınların yaşadığı problemlərə diqqət çəkmək məqsədilə aparılmış araşdırma ortaya təəccüblü nəticələr çıxardı. 1260 işləyən qadının qatıldığı sorğuda rəyi soruşulanların 53 %-i "İş həyatımın gərginliyi ucbatından uşağıma kifayət qədər zaman ayıra bilmirəm" fikrini söyləyiblər. İş həyatının sıxlığına görə uşağına heç vaxt ayıra bilməyənlərin nisbəti  6 % olarkən, uşağına ayırdığı vaxt ucbatından iş həyatını qısdığını düşünənlərin nisbəti  30 % oldu. Gərgin  iş həyatının uşağı ilə maraqlanmasına maneə törətmədiyini ifadə edənlərin nisbəti isə  9 % təşkil edib. Anketdə iştirak edən qadınların 25 %-i aldığı əməkhaqqının yerinə yetirdikləri işi qarşılamadığını ifadə edib. 16 %-i maaşının ehtiyaclarını ödəmədiyini bildirib, qismən ödədiyini ifadə edənlərin nisbəti isə 20 % təşkil edib. İşləyən qadınların 51 %-i "Çox  çalışmağım işdəki yüksəlişimə mənfi təsir etməkdir"  deyə bildirib. Bu ifadəyə qismən qatılan qadınlar çalışan qadınların təxminən  77 %-ni təşkil edir.


1 sentyabr 2011
GO BACK