1. Uşağınızı adını şəxsi əşyalarına yazmayın; Kürək çantasına, bəslənməs çantasına adı olan qeydlər yapışdırmayın. Yadların, uşaqlarınızın şəxsi məlumatlarına çatmasına icazə verməyin. Bir uşağın adını bilən bir özgə, ona adı ilə xitab edərək etibarını qazana bilər. Bunun yerinə telefon nömrənizi yazın.
2. Uşaqlarmıza yadların maşınlarına minməməli olduqlarını öyrədirik. Ancaq uşaqlar bir şeyi də bilməlidirlər. Əgər bir maşın uşağınıza yaxınlaşırsa və maşının içindəkilər onu çağırıb izləyirlərə, maşının getdiyi tərs istiqamətə qaçıb kömək istəməlidir. Yardım çağırmalıdır.
3. Biri uşağınıza "Gəl mənimlə, səni anana və atana aparacam" deyirsə, uşağınız ondan ana və ata adlarını soruşsun. Uşağınızla aranızda xüsusi şifrə müəyyənləşdirin. Bu şifrə, başqalarının təxmin edə bilmədiyi bir şey olsun. Əgər uşağı məktəbdən başqası götürəcəksə, bu şifrəni soruşmağı tapşırın.
4. Uşağınızı GPS ilə təqib edin. Artıq günümüz texnologiyası buna imkan tanıyır. Uşaqlarınızın harada olduğunu tapa bilərsiniz.
5. Təcili hal cihazlarınızdan istifadə edin. Mobil tətbiqlər vasitəsilə uşağınızı izləyə bilərsiniz. Uşaq düyməyə basarsa, siqnal valideynlərə və ya polisə gedə bilər.
6. Uşağınıza bir yad tərəfindən tutulsa və ya toxunulsa ona pis davranmalı olduğunu öyrədin. Qışqırmaq, dişləmək, təpik atmaq kimi.. Qulağa qorxulu gəlsə də, bu davranışlar diqqət çəkməsinə səbəb ola bilər. İlk olaraq " Onu tanımıram, məni aparmağa çalışır" kimi qışqırmağıdır.
7. Uşaqlarınıza yadlarla danışmaq məcburiyyətində olmadığını öyrədin. Danışıq 5-7 saniyədən çox davam edərsə, həmin an etibarlı yerə getməsini tapşırın. Yad insan ona yaxınlaşarkən geri addım atmalı olduğunu öyrədin. Məsafəni qorumalı olduğunu deyin.
8. Uşağınız liftə minirsə, yadlar tək minməməlidir. Uşağınıza gözləməsini öyrədin. Əgər biri onu güclə liftə sürüyərsə, qışqırıb, əlini dişləməsini tapşırın.
9. Evdə qapı döyüləndə həmin açmamasını, " kim o" sualını verməsini tapşırın. Qapıdakı insan qapını israrla açmağa çalışarsa, sizə və ya qonşuya zəng etməsəni tapşırın.
10. Hər evdə olan internet vasitəsilə pis insanlarla qarşılaşa bilər. Uşaqlarınızı "online" oyun və söhbətlərdən uzaq tutun. Uşağınıza, internetdəki yadlara telefon nömrəsini, adresini və ya adını deməməli olduğunu öyrədin. Ona gələn təklifləri ilə ailəsi ilə bölüşməli olduğunu bildirin.