Əmizdirmənin ana və körpəyə verdiyi faydalar artıq sənədləşmiş haldadı. Həm fiziki, həm də ana-körpə arasındakı bağın yaranmasında ciddi təsirləri olan əmizdirmənin yeni bir faydası ortaya çıxdı. ABŞ-da aparılan bir araşdırmaya görə körpəni əmizdirən anaların diabetə tutulma riski daha azdır.
Diabet riski 47% daha az
Araşdırmaya görə, ən az altı ay və ya daha uzun davam edən əmzirmə, analarda diabetin inkişafını 47 faiz azaldır. Araşdırmacı Erika Gunderson, "Əmizdirmə müddəti ilə diabetin inkişafı arasında çox güclü bir əlaqə olduğunu tapdıq" dedi. Araşdırmalardan çıxan nəticələrə görə əmizdirmək; qan şəkəri və insülin səviyyəsini mədəaltı vəzidə balanslama gücü olan hormonları sərbəst buraxır.